Çox dil bilmək beyindəki sinir yollarının miqdarını artırır?

İngilis dilində “multilingualism” və ya dilimizdə bir neçə xarici dil bilmək indiki dövrün lazımlı bacarıqlarından biridir. Peşəkar anlamda birdən çox dil bilmək önəmli olmaqla bərabər beynimizin inkişafında da bəzi müsbət təsirləri var. Elm adamları bu mövzuda tədqiqatlarını apararkən, biz də yeni bir xarici dil öyrənməyin insan zehninə necə faydalı olmasına baxaq:

1) Beyin gücünüzü və analitik qabiliyyətinizi artırır.

Birdən çox xarici dil bilmək yaddaşınızı gücləndirir və fokuslanma müddətini artırır. Aparılan araşdırmalar çox dil bilən tələbələrin bir dil bilən tələbələrlə müqayisədə oxuma və riyaziyyat üzrə imtahanlarda daha uğurlu olduqlarını aşkar etmişdir. Çox dil bilən fərdlərin daha rasional olduqları və qərar vermə bacardıqlarının yüksək səviyyədə olduğu təsbit edilmişdir.

Eyni zamanda, İsveçli elm adamları yeni bir öyrənildiyində beyində hansı dəyişikliklərin olduğunu anlamaq üçün Maqnit Rezonans Topoqrafiya (MRT) texnologiyasından istifadə etmiş və beyindəki dəyişmələri araşdırmışlar. MRT nəticələri yeni xarici dil öyrənən tələbələrin beyinlərindəki bəzi hissələrin böyüməsini aşkar edərkən, bir dil bilən fərdlərin beyin quruluşlarının sabit qaldığını göstərdi.

2) Uzun perspektivdə beyin sağlamlığını qoruyur.

Son dövrlərdə aparılan araşdırmalar birdən çox dil bilməyin Altsheymer xəstəliyi (bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir) ehtimalını və təsirini azaltdığını göstərdi. Təhsil səviyyəsi, yaş, cinsiyyət fərq etmədən aparılan araşdırmalarda çox dil bilən insanlarda Altsheymer xəstəliyi bir dil bilən insanlarla müqayisədə 4-5 il daha gec başladığı ortaya çıxmışdır.

ABŞ Nevrologiya Akademiyasının apardığı bu tədqiqatın nəticəsi: çox dil bilmək beyindəki sinir yollarının miqdarını artırır.

3) Kreativliyin qıfılını açır.

Tədqiqatçılar çox dil bilən insanların bir dil bilən insanlarla müqayisədə daha kreativ olduqlarını iddia edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə