Öləcəyini biləndə sərvətini yoxsullara bağışlayan müsəlman milyoner...

Ali Banat Avstraliyada yaşayan bir milyoner idi. Ömrünün son 3 ilini isə, möhtac insanlara köməklik edərək keçirtdi. Bahalı avtomobillər, villalar və geyimlər…

Dəbdəbəli bir həyat yaşayan Avstraliyalı müsəlman milyoner Ali Banat 3 il öncə xərçəng diaqnozu qoyulmasından sonra sərvətini xeyriyyə işlərinə sərf etməyə qərar vermişdi.

Ali Banat 29 mayda vəfat etdi.

Bir çox insan “Gifted With Cancer” (Xərçənglə Mükafatlandırılmış) videosunun populyarlıq qazanmasından sonra onunla tanış oldu.

Onun hekayəsindən təsirlənənlər Banat-ın təsis etdiyi xeyriyyə təşkilatı olan “Muslims All Around The World (MATW)” (Dünyanın Hər Yerindəki Müsəlmanlar) üçün ianə edirlər.

2 milyon dollara çatmağı hədəfləyən təşkilata edilən ianələrin miqdarı indi təxminən 1 539 037 dollardır və hər saniyə artmaqda davam edir.

Sidneydə uğurlu bir iş qurub rahat həyat yaşayan Banat çəkdiyi videoda Ferrari kimi maddi dəyəri çox yüksək olan əşyalarını göstərirdi. Lakin, xəstələndə bunların heç bir dəyəri olmadığının fərqinə varmışdır. Özü bununla bağlı belə deyirdi: “Xəstə olduğunuz ya da yaşayacaq çox vaxtınızın qalmadığını fərq etdiyinizdə arxasından qaçmaq istədiyiniz son şey bu olar. Və həyatlarımızı hər gün belə yaşamalıyıq”.

Həkimlər 7 ay ömrü qaldığını bildirsələr də, Banat 3 il yaşadı və həyatının qalan hissəsini xeyriyyə işlərinə sərf etdi. Təsis etdiyi xeyriyyə təşkilatı ilə Toqo, Qana, Burkina Faso kimi ölkələr başda olmaq üzrə saysız yerlərdə minlərlə insana kömək etdi.

Afrika ölkələrinə özü də ziyarət edən Banat ianələrin 100%-nin köməyə ehtiyacı olan insanlara çatması üçün sponsorlar axtardı.

İndi isə, Müsəlman olan-olmayan bir çoxları Banat-ın xeyriyyə təşkilatına köməklik edirlər. Onu etdiyi yaxşı işləri və xeyirxahlığı ilə xatırlayırlar.

Bir Twitter istifadəçisi Ali Banat haqqında bunları deyir:

“Mən də daxil olmaqla bir çoxları üçün xərçəng yıxıcı ola bilərdi. Lakin, Ali Banat qardaşım üçün bu onu özünə qaytaran şey olmuşdur. Özü həqiqətən bir ilham qaynağıdır. İnşallah, Allah ona cənnətin ən yüksək yerindən yer verər”.

Ali Banat həmçinin, xəstəxanada olarkən də insanlara köməklik etmək üçün videolar çəkdi.

Son videosu isə, vəsiyyətinə görə ölümündən sonra paylaşılmaq üçün çəkilmişdi. Vəsiyyəti də yerinə yetirildi.

“Bildiyiniz kimi, vəfat etdim” cümləsi ilə başladığı hüznlü videosunda isə, insanlara əllərindən gəldiyi qədər başqalarına köməklik etməyi və yaxşılıq etməyi tövsiyə edir.

“Bir məqsədinizin olmasına çalışın, bir planınızın olmasına çalışın, əldə etmək üçün çabaladığınız bir planınız olsun. Özünüz etməsəniz belə başqa insanın proyektinə dəstək verin. Sadəcə, nəsə edin, çünki sorğu-sual günündə vallahi ehtiyacınız olacaq” – Ali Banat

Bütün xəbərlər Facebook səhifəmizdə