Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər. Qeyd edək ki, dünyada yaşayan solaxayların ayrıca günü də var. Hər il avqustun 13-də bu qəbildən olan insanlar Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.
Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var.
1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F. Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.
Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib.
Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya "Solaxaylar haqqında qanun layihəsi" də hazırlayıb.
Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.
Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada hətta solaxaylara məhkəməyə müraciət etmək də yasaq edilmişdi.
Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır. Lakin psixoloqun bu iddiası sonradan rədd edilib.
Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir. Lakin hansı genlərin - hələ dəqiq məlum deyil.
Əvvəllər belə hesab edilirdi ki, solaxaylıq pis əlamətdir, solaxaylar o qədər də sağlam adamlar deyillər, onlar epilepsiya və şizofreniya kimi xəstəliklərə sağalaylardan çox məruz qalırlar. Lakin indi alimlər başqa fikirdədirlər: solaxaylıq patologiya deyil, insan beyninin fəaliyyətinin alternativ variantıdır və problemlərin qeyri-standart həllinə imkan verir.
Solaxaylar xüsusi istedada malik olurlar
Onlara idmanın müxtəlif sahələrində rast gəlmək olar. Sübut olunub ki, idmanda solaxay olmaq həmişə həmin insanların xeyrinə işləyib. Solaxayların bədii yaradıcılığa daha həssas olduğu bildirilir. Solaxaylar sənətə-rəssamlığa, musiqiçiliyə, bəstəkarlığa, memarlığa meyilli adamlar, qeyri-standart ideyalar sahibidirlər. Cinayətkar solaxaylar arasında fırıldaqçılar, dələduzlar, saxta pul kəsənlər əksəriyyət təşkil edir. Solaxay insanlar kompüter oyunları oynayarkən və ya idmanla məşğul olarkən daha sürətlə düşünə bilirlər. Dünyanın elə bölgələri var ki, orada solaxay insanların doğulması həmişə stabil olub. Ərəblər, çinlilər, yaponlar arasında isə solaxayların faizi daha yüksəkdir.
Əksər valideynlər uşaqlarının solaxay olduğunu bildikdə onları sağvərdişli etməyə çalışırlar. Mütəxəssislər deyirlər ki, sağ ələ keçmə solaxaylar üçün əsl stressdir. Balaca solaxayın problemi onun əlindəki qələmi soldan sağa keçirmək istədikdə başlayır. Qətiyyən belə etmək olmaz. Əks halda uşaqda nevroz, diqqətsizlik, yaddaşın zəifləməsi və yazıda problemlər yarana bilər.
Dünyada solaxay məşhurlar çoxdur. Buna misal olaraq Janna dArk, Lyuis Kerroll, Nikolay Leskov, Leonardo da Vinçi, Merilin Monro, Albert Eynşteyn, Bryus Uillis, Bill Qeyts, Yuli Sezar, Mikelancelo, Pol Makkartni, Mark Tven, Bethoven, Sergey Raxmaninov, Robert De Nironu göstərmək olar.
Məşhur siyasətçilər Yuli Sezar, Makedoniyalı İsgəndər, Napoleon Bonapart, Böyük Karl, Uinston Çörçill da solaxay olublar. Amerikanın keçmiş prezidentləri Ronald Reyqan, ata Corc Buş, Bill Klinton də solaxay siyasətçilər sırasına daxildirlər. Elə keçmiş ABŞ prezidenti Barak Obama da solaxaydır.
Bəzi məlumatlara görə, Rusiya Prezidenti Vladimir Putin də solaxaydır, lakin xüsusi xidmət orqanlarının şinelindən çıxmış Putin solaxaylığını gizlədə bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ANAMA sığortaçı seçir
Sosial 13:44Sumqayıtda qanunsuz tikili sökülüb - FOTO/VİDEO
Hadisə 13:16Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
Sosial 12:47Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Sosial 12:43Rus təyyarəsi vurulub, yoxsa qəzaya uğrayıb..?
Dünya 12:07Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunub
İqtisadiyyat 12:03Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Dünya 12:02Məzahir Pənahov Maldivə gedir
Siyasət 11:59Əkin və içməli suya olan tələbat aradan qaldırılacaq - MÜNASİBƏT
İqtisadiyyat 11:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək
Siyasət 11:11“Azərişıq” Şirvanda elektrik şəbəkəsini yenidən qurur - VİDEO
İqtisadiyyat 10:58Test imtahanına qeydiyyat davam edir
Təhsil 10:34Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:17“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” auditor seçir
Sosial 09:55Bu ilin I rübündə Energetika Nazirliyinə 2 mindən çox müraciət daxil olub
İqtisadiyyat 09:48Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib
Hadisə 09:43Axtarışda olan 80 nəfər saxlanılıb
Hadisə 09:34Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
Hadisə 09:31Bugünə olan valyuta MƏZƏNNƏLƏRİ
İqtisadiyyat 09:25Azərbaycan neftinin qiyməti 88 dollara düşüb
İqtisadiyyat 09:19Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOLAR
İqtisadiyyat 09:15Salyanda minik avtomobilləri toqquşub, yaralılar var
Hadisə 09:01Cem Yılmazın mal varlığı eşidənləri təəccübləndirib
Şou-Biznes 08:42Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI
Sosial 08:21Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə 08:09Bu günə olan hava PROQNOZU
Sosial 07:40"Google”da əməkdaşlar ixtisar edilirlər
Dünya 07:25İranda partlayış baş verib
Dünya 06:42İsrail İranın obyektinə raket zərbəsi endirib
Dünya 06:30Mali frankdan imtina etmək istəyir
Dünya 06:14Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
Dünya 05:45Netanyahu İsraili birliyə çağırıb
Dünya 04:55Təxminən 250 min uşağın yardıma ehtiyacı var
Dünya 04:46Suriyada terrorçular 16 hərbçini öldürüb
Dünya 03:49“Madriddə "Real"a qalib gəlməliyik"
İdman 01:15AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib
İqtisadiyyat 01:02Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8082 -0,39%
- GBP 2,1115 -0,39%
- RUB 0,0181 +0,55%