Küveytdə yaşayan bir xanım internetdə paylaşdığı video ilə müzakirələrə səbəb olub. İslamnews.ru saytında yer alan xəbərə görə, o, 22 karatlıq “917” problu iki kiloqram saf qızıldan hazırlanmış hicab geyinməklə müsəlmanlar tərəfindən tənqid obyektinə çevrilib.

Belə ki, milyonlarla insanın aclıq və səfalət içində əziyyət çəkdiyi dövrdə özünü müsəlman hesab edən birisinin qızıldan geyimlə öyünməsi izləyicilər tərəfindən harınlıq kimi qiymətləndirilib. Qızıl hicab 75 min dollara başa gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə