İtin sədaqəti: 3 aydır sahibinin öldüyü yerdən ayrılmayır...

Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar rayonunun Huh-Hoto şəhərində it artıq üçüncü aydır ki, sahibinin həlak olduğu yerdə dayanıb onun yolunu gözləyir. China News agentliyinin yaydığı məlumata görə, avqustun 21-də Huh-Hoto şəhərinin avtomobil yollarının birində yol-nəqliyyat hadisəsi baş verib, avtomobil qadını vuraraq öldürüb. Qadının iti həmin gündən etibarən onun həlak olduğu yerə gəlməyə başlayıb.

Gecə növbəsində taksi sürücüsü işləyən Qo Sinxuanın sözlərinə görə, yağışa və qara baxmayaraq, it artıq üç aydır həmin yeri tərk etmir: adamlar yaxınlaşanda qaçır və onlar gedəndən sonra yenə geri qayıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə