65 min insanı öldürən 95 yaşlı hitlerçi mühakimə olunur

Nasist Almaniyası dövründə Polşadakı Stutthof konslagerində gözətçi işləyən İohan Rebohenin məhkəməsi başlayıb. Məhkəmə prosesi Almaniyanın Münster şəhərində keçirilir. İki həftədən sonra 95 yaşına girəcək İohan Rebohen 1942-1944-cü illərdə Stutthof düşərgəsində baş verən cinayətlərdə iştirakına görə ittiham edilir.

Həmin dövrdə 21 yaşı olduğu üçün İohan Rebohen əyalət məhkəməsində ittiham edilir. Məhkəmə prosesi nasistin 95 yaşı olması səbəbindən gündə 2 saat aparılır. İsrail, ABŞ və Almaniyadan olan 17 şəxs Hitlerin gözətçisinə qarşı dava açıb. Onlar o dövrdə baş verən cinayətlər haqqında danışıblar.

İohan Rebohenin məhkəmə prosesində haqqında səsləndirilən ittihamlara cavab verəcəyi gözlənilir.

Nasist gözətçi günahı sübut ediləcəyi təqdirdə həbs cəzası alacaq. Lakin yaşının çox olması səbəbindən onun həbsxanaya göndəriləcəyi ehtimal edilmir. Qeyd edilir ki, Stutthof konslagerində 65 min insan öldürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...