12 ildən sonra komadan ayılan çinli...

Çin sakini 12 ildən sonra komadan ayılıb, onun anası bütün bu illər ərzində oğlunun yastığı başında keşik çəkib. “Daily Mirror” qəzeti yazır ki, Van Şubao 2006-cı ildə avtomobil qəzası nəticəsində iflic olub və koma vəziyyətinə düşüb. Həmin vaxt onun 36, anasının isə 63 yaşı vardı. Anası Vey Minyin oğlunu evə gətirib, ona qulluq edib, bütün pullarını müalicəyə xərcləyib və borca düşüb. Hətta yeməyə pul tapmadığı üçün bir ay yalnız su ilə qidalanıb.

Onun səyləri səmərəsiz qalmayıb. Bir müddət öncə Van Şubao gözlərini açıb və gülümsəyib. O, hələ hərəkət edə və danışa bilməsə də, qadın ümidini itirmir.

Bütün xəbərlər Facebook səhifəmizdə