Birləşmiş Millətlər Təşkilatının 2001-ci ildən bəri hər il təşkil etdiyi "Miss Earth” (Yer planeti gözəli) yarışmasının builki namizədləri də mətbuata təqdim edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, təşkilatçıların bildirdiyinə görə, yarış Filippinin paytaxtı Manila da keçiriləcək.

Qeyd edək ki, "Yer üzü Gözəli” müsabiqəsi ətraf-mühitin, təbiətin qorunmasına və insani problemlərə diqqət çəkmək məqsədiylə təşkil olunur.

Noyabrın 3-də keçiriləcək "Yer planeti Gözəli” müsabiqəsində iştirak etmək üçün 88 ölkədən gələn xanımlar iştirak edəcək.

Dünya Gözəli və Kainat Gözəli yarışmalarından sonra ən nüfuzlu müsabiqə sayılan "Miss Earth”in builki mövzusu "Plastiksiz Bir Dünya”dır.

Yarışa qatılmaq üçün gələn gözəlləri diqqətinizə çatdırırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə