ABŞ-da törətmədiyi cinayətə görə 27 il cəza çəkən Valentino Dikson azadlığa buraxılıb. SİA-nın "Golfworld" jurnalına istinadən verdiyi məlumata görə, Dikson dava və atışmanın baş verdiyi əyləncə mərasimində olub. Diksonun sözlərinə görə, o, toqquşmada iştirak etməyib və hadisə yerini tərk edib. Həmçinin bildirib ki, atışmada 17 yaşlı yeniyetmənin öldürülməsindən xəbərsiz olub.

Diksonun anasının sözlərinə görə, ailə üzvləri Valentinonun polis tərəfindən axtarıldığını onun dostları vasitəsilə biliblər. Bir qədər sonra asayiş keşikçiləri onların evinə gəlib və Diksonu həbs ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə