52 yaşlı Hollivud aktrisası sümük qaynadıb, suyunu içir

Hollivud aktrisası 52 yaşlı Holli Berri yaşından xeyli cavan, gümrah və qamətinin gənc qalması ilə diqqətləri çəkib. Bu günə kim onun idman, məşqlər sayəsində belə qaldığı düşünülsə də, aktrisa gənc və qamətli qalmasının sirrini açıb. O, həftədə 2-3 dəfə sümük qaynadıb, suyunu içir. Bizim mətbəxdə xaş və ya sümük bulyonu adlanan bu qida sayəsində onun sümükləri möhkəm qalıb.

Adını Keto bulyon qoyduğu bu yeməyi aktrisa özü hazırlayır. Onun da Xaş kimi hazırlanmasına 1 sutka lazım gəlir. Medicina.az xəbər verir ki, aktrisa İnstagram hesabında dərdlərə dərman möcüzəvi sümük suyunun hazırlanma reseptini paylaşıb:

" Mən organik ət magazasından sümükləri pulsuz alıram. Satıcı mənim üçün ən yaxşılarını, irilərini yığır. Sümükləri gil qabda 24 saat vam odda qaynadıram. Amma 8-10 saat da bəs edər. 24 saat bişirəndə bütün jelatin, kollagen və mikroelementləri tam suya keçir. Bu su immun sistemini, sümükləri gücləndirir, əzələ bağları, fəqərəarası maye, saçlar, dəri, dırnaqlar üçün superdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB