Yumurtanın tərkibi yod, B12 və D vitamini, dəmir, fol turşusu, xolin ilə zəngindir. Bu nəticə aparılan 18 elmi tədqiqatın yekununda əldə olunub. Bütün bunlar dəniz məhsullarının tərkibində olan uzun zəncirli yağ turşularının çatışmazlığı zamanı kömək edir.

Alimlər bununla tərkibi hamilə qadınlara lazım olan bir sıra vitamin və mikroelementlə zəngin ən faydalı qidanı müəyyən ediblər.

Mütəxəssislərin fikrincə gələcək anaların günlük qida rasionuna toyuq yumurtası əlavə etməklə, vaxtından əvvəl doğuş riskini azaltmaq, uşaqda çəki azlığının və hamilələrdə meydana çıxan depressiyanın qarşısını almaq olar.

Bundan əlavə alimlər bildiriblər ki, yumurta D vitamini mənbələrindən biridir və bu ərzaq B12 vitamini ilə də zəngindir.

Bütün xəbərlər Facebook səhifəmizdə