Qarğıdalı yağlarının insan orqanizminə faydaları

İnsanlar düzgün qidalanması və qidalardan düzgün rasiyon əldə etməsi üçün sözsüzki, maarifləndirici məqalələrə üz tutmalıdırlar. Hər bir qidanın özünün spesifik faydaları , onun tərkibi və təbiiliyinə fikir verilməlidir. Hər bir insan sağlam qidalanmaq haqqında düşünürsə , deməli qidalar haqqında məlumatlı olmalıdır. 21 ci əsrin nanotexnologilar dövrünün astanasında qida təhükəsizliyini və qida zərərlərini bilmək və araşdırmaq elədə çətin iş deyil. Sadəcə qidaların tərkibində kimyəvi , bioloji və digər xeyirli maddələrin mübadiləsinə fikir verdikdə insan orqanizmi sağlam qala bilər. Bu məqalədə qarğıdalının insan orqanizminə təsir edəcək faydalarından bəhs edəcək. Gündəlik rasiyonumzda ən çox istifadə olunan bir qida məhsulu kimi müxtəlif yağlardan istifadə edirik , amma yağlar haqqında nə bilirik? Qarğıdalı yağında nə kimi faydalı maddələr və nə kimi ziyansız məhlul olduğunu alimlərin apardığı araşdırmaların nəticəsindən belə qənaətə gəlmək olar ki, qarğıdalı yağı çox işlədilən və ucuz yağlar içərisində ən xeyirlisidir. O, mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Bundan əlavə, onun tərkibinə doymamış yağ turşuları omeqa-6 və omeqa-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. O, bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və pörtlədilməsi üçün yararlıdır.

Əgər siz piylənmədən əziyyət çəkirsinizsə, xörəkləri yalnız qarğıdalı yağında hazırlayın.

Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər. Bitki mənşəli yağlar insan orqanizmi üçün çox faydalıdır. Elə buna görə də, həkimlər gündəlik rasionumuzda bitki yağlarına yer ayırmağımızın vacibliyini hər dəfə vurğulayırlar. Günəbaxan, qarğıdalı, zeytun, soya, küncüt ... kimi bitki yağları vardır ki, onları mətbəximizdən əksik etməməyimizdə fayda var. Amma biz xanımlar mətbəxdə daha çox günəbaxan, zeytun və qarğıdalı yağlarıdır.

Qarğıdalı yağı da orqanizmimiz üçün çox faydalı bitki yağlarındandır. O qarğıdalı dənələrindən istehsal olunur. Özünəməxsus ətri və dadı var. Kimyəvi tərkibinə görə günəbaxan yağına bənzəyir.

Qarğıdalı yağı mineral maddələrlə, kalium, fosfor, maqnezium duzları var. Tərkibindəki E vitamini isə zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qağıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. Əgər siz piylənmədən əziyyət çəkirsinizsə xörəkləri yalnız bu yağla bişirməlisiniz. Kosmetoloqlar qarğıdalı yağını üzdəki qırışlara qarşı gözəl vasitə hesab edirlər. Qarğıdalı yağı ancaq istisna hallarda onun tərkibindəki komponentlərə fərdi həssaslıq zamanı zərərli ola bilər.Qarğıdalı yağı bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və buğlanması üçün yararlıdır.

Bu tərkibləri, faydaları , nəzərə alaraq hər bir insan məhs qarğıdalı yağlarından sərbəst , ehtiyat etmədən gözəl məhsul kimi mətbəxində istifadə edə bilər.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə