Tovuzdakı "Kiçik təpə"nin sirri açılır SƏS TV

Azərbaycanın ən qədim yaşayış məskənlərindən olduğunu sübut edən daha bir qədim tarixi məkan Tovuz rayonu ərazisində tapılıb. Yarım hektardan çox ərazidə iki təbəqədən ibarət qədim yaşayış məskəni aşkarlanıb.

Qovlar şəhəri ərazisindəki "kiçik təpə" adlanan bu yet Qafqazda ən qədim kəndlərdən biri sayılır.

Ərazidə Yaponiya, İtaliya və yerli mütəxəssislərin birgə apardığı qısa müddətli qazıntı işləri artıq nəticələrini verib. Axtarışlar zamanı mindən çox eksponat tapılıb. Burada tapılan maddi mədəniyyət nümunələri neolit dövrünə təsadüf edir və erkən əkinçilik mədəniyyətini təcəssüm etdirir.

Hələlik qədim kəndin birinci təbəqəsində 200 kv.m ərazidə tədqiqat işləri aparılır. Əcnəbi arxeoloqlar hesab edir ki, buradan tapılan maddi mədəniyyət nümunələrinin laboratoriya nəticələri öyrənilməsə növbəti mərhələyə başlamaq mümkün deyil. Hələlik isə ərazinin daha qədim olması radio-karbon analizləri ilə tam dəqiqləşdirilib və beynəlxalq arxeologiya institutuna təqdim olunub.

Gələn ildən etibarən "Kiçik təpə" abidəsində tədqiqat işlərinə Yaponiya ilə yanaşı Fransa, Türkiyə, Bolqarıstandan da arxeoloqlar cəlb olunacaq. Qədim kəndin ətraf əraziləri də ehtiyac yarandığı halda qazılacaq. Tovuz rayonu ərazisində son 10 ildə 4 arxeoloji abidə tədqiqatlara cəlb olunub. tədqiqatların nəticəsi olaraq buradakı insanların oturaq həyat tərzinin olması faktı öz elmi təsdiqini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə