Ev almaq üçün 3 aylıq oğlunu satmaq istədi

Ukraynanın Xerson vilayətində 3 aylıq oğlunu satmağa çalışan ana saxlanılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə rayon polisi məlumat yayıb.

Polis məhbusun yoldaşlarının Xersonda ona "müştəri" tapmaqda kömək etdiklərini müəyyənləşdirib.

Qeyd olunur ki, 26 yaşlı qadın uşağını satdığı şəxsə əşya və sənədləri ilə birgə təqdim edib. O uşağından imtina etdiyini və gələcəkdə onun üzərində heç bir hüquq tələb etməyəcəyi ilə bağlı fikirlərini yazılı şəkildə də təqdim edib. Polis ananı uşağını 210 min qrivnaya satdığı yerdə tuta bilib.

Qadının sərbəst həyat tərzi sürdüyü və bundan əvvəl də məhkum olunduğu bildirilir. Ana aldığı pulun müqabilində ev almaq istədiyini açıqlayıb. Hadisə ilə əlaqədar cinayət işi açılıb. Saxlanılan şəxsi 15 il müddətində həbs gözləyir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə