İyunun 27-də dünyada ən isti gecə olub 42.6 dərəcə

İyunun 27-də dünyada ən isti gecə qeydə alınıb. SİA-nın xarici mətbuata stinadən verdiyi xəbərə görə, 26 iyun Omanda dəhşətli isti olub və havanın temperaturu 50 dərəcəyə qədər yüksəlib. Bu, Oman üçün qeyri-adi olmasa da, lakin havanın temperaturu gecə saatlarında yalnız 42,6 dərəcəyə düşə bilib ki, həmin gecə dünyanın ən isti gecəsinə çevrilib. Qeyd edək ki, 2011-ci ilin iyunun 27-də də bu cür rekord da Omanda qeydə alınmışdı. Həmin dövrdə gecənin temperaturu 41,9 dərəcə isti olub.

Ekspertlərin fikrincə, yeni rekord Hind okeanından gələn sərin hava kütlələrinin qarşısını alan Ərəbistan yaramadasından gələn güclü hava kütlələri hesabına qeydə alınıb.

Ən isti gün 2016-cı ilin iyul ayında Küveytdə qeydə alınıb ki, həmin dövrdə havanın temperaturu 54 dərəcə isti olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə