Diqqətli olun: Göyərtidə qurd yumurtaları çox olur

Hər gün aldığımız göyərtidə bağırsağa düşəcək qurdların sürfələri, yumurtaları olur. Yumurtalar suya davamlıdır və hətta göyərtini dəfələrlə yusaq da gövdədə yapışıb qala bilir. Bu yumurtalar mədə-bağırsaq yollarına düşür, sonradan qurda çevrilir.

Göyərtidən bol istifadə etdiyimiz üçün göyərtini düzgün yumaq və ondakı qurd invaziyalarından qorunmaq üçün həkim məsləhətinə əməl etmək lazımdır.

Medicina.az Bioloji təbabət klinikasının həkim kosmetoloqu Sevinc Cəlilova uzun illərdir ki, göyərtini sirkə ilə qəbul etdiyini bildirir.

" Belə bir metod da məsləhət görülür ki, göyərtiləri yuduqdan sonra bir az sirkə qatılmış suda saxlayıb, durulamaq lazımdır.

Amma düşünürəm ki, sirkə orqanizmə düşsə daha yaxşıdır. Ona görə istənilən göyərtini salatlarda və ya ayrıca qəbul etdikdə və göyərtili yemək yedikdə onu mütləq sirkə ilə qəbul etmək lazımdır. Sirkə qurd yumurtalarını öldürür və göyərti bağırsaqlara düşdükdə də sirkə orda öz təsirini göstərir.

Göyərtinin üzərinə sirkə çiləyib, qəbul edin. O zaman özünüz və ailəniz qurd invaziyalarına yoluxmayacaqsız”.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB