Azərbaycanda qeyri-adi skelet aşkarlanıb

Skeletin uzunluğu bir metrə çatır, iki uzun ayağı var və iri dişləri ilə diqqət çəkir

Qəbələ rayonunda Azərbaycan faunasına yad olan qəribə heyvan skeleti tapılıb. Heyvanın qəribəliyi onun bel nayihəsində böyuk sümüklərin və 2 ayağının olmasındadır. Skeletin uzunluğu 1 metrə çatır. Heyvanın iki uzun ayağı var və iri dişləri ilə diqqət çəkir.

SİA sputnik Azərbaycan-a istinadla xəbər verir ki, skelet Qəbələ rayonunun Qəmərvan kəndində meşə massivində ötən ilin sentyabr ayında baş verən yanğından sonra dağlıq bölgədə təsadüfən tapılıb. İnsanların böyük marağına səbəb olan bu skeleti heç bir canlıya bənzətmək mümkün deyil.

Bir müddət öncə aşkar edilən naməlum heyvan skeletinə, hələlik heç bir mütəxəssis baxış keçirməyib. Kənd baytarı bildirib ki, neçə ildir baytar işləyir, ancaq indiyədək belə qəribə bir heyvan skleti ilə rastlaşmayıb.

Heyvan skeletinin qəribə görünüşü kənd sakinlərinin marağına səbəb olub. Dəfələrlə Bakı şəhərindən, eləcə də digər rayonlardan baxmaq və həmin skeleti almaq məqsədi ilə coxlu sayda insan gəlib.

Hazırda Qəbələdə istirahət mərkəzlərinin birində saxlanılan bu qəribə canlının skeleti buraya gələn qonaqların diqqətini çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...