Uğurlu və əlverişli gündür Astroloji proqnoz

Qoç - səhər saatlarında aldığınız qəfil xəbər planlara dəyişiklikləri qaçılmaz edəcək. Bu gün üçün nəzərdə tutduğunuz bəzi işləri təxirə salmalı olacaqsınız. Çətin vəziyyətə düşmüş insana kömək edin. Bəzi problemləri təkbaşına həll etməli olacaqsınız.

Günün ikinci yarısında maliyyə itkiləri, uğursuz sövdələşmə və anlaşmalar istisna deyil. İşgüzar təmasları minimuma endirin. Peşəkar fəaliyyət sahəsindəki önəmli məsələlərin müzakirəsi məsləhət deyil. Axşam saatlarında şəxsi problemlərin həllinə vaxt ayırın.

Buğa - qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qaçılmaz saydığınız riskdə belə, təhlükə var. Çox ehtiyatlı, sərvaxt olun. Maliyyə vəsati və texnika ilə diqqətli davranın. İş yerini dəyişmək, əməkdaşlıqla və ya tərəfdaşlıqla bağlı uzunmüddətli anlaşmalar imzalamaq məsləhət deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdə problemlər yaranmayacaq. Yaxınlarınızla ünsiyyətdə həssas və qayğıkeş olun. Axşam saatlarında qəfil etiraf istisna deyil. Çoxdan arzuladığınız təklifi ala bilərsiniz. Hisslərinizi gizlətməyin.

Əkizlər - bu günlə bağlı planları həyata keçirmək o qədər də asan deyil. Planlara dəyişikliklər və əhəmiyyətli yeniliklər etməyə hazırlaşın. Gözlənilməz işgüzar təklif ala bilərsiniz. Həmin təklifi qəbul etsəniz, çox işləməli, xoşagəlməz insanlarla təmaslara məcbur qalacaqsınız. Səbrli və təmkinli olun. Sonucda gəlirlər artacaq, peşəkar fəaliyyət müstəvisindəki mövqeləriniz daha da səbatlı olacaq.

Günün ikinci yarısında yazınlarınızla münasibətlərdə kiçik, amma ağrılı problemlər yaranacaq. Münasibətləri qorumaq üçün səy göstərin, güzəştlərə gedin. Münaqişədən sonra barışmaq çətin olur.

Xərçəng - uğurlu və əlverişli gündür. Yeni ideyalardan birini reallaşdırmağa başlasanız, rəqiblərlə bədxahları geridə qoyaraq çətin problemi həll edə biləcəksiniz. Süstlük və tənbəllikdən uzaq olun. Gələcək uğurların təməlini qoyun.

Günün ikinci yarısı yeni işə və ya layihəyə başlamaq, kommersiya, yaxud biznesə pul yatırmaq üçün münasibdir. Əla fiziki formadasınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Axşam saatlarını aktiv keçirin, gümrah və nikbin qalın. Dəvət aldığınız tədbirdə yeni tanışlıq ola bilər.

Şir - yeni, mühüm və mürəkkəb işlərə başlamaq olar. Etibarlı tərəfdaşlara, inandığınız insanlara yardım üçün müraciət edə bilərsiniz. Onlar sözlərinizi yerə salmayacaq, ideyalarınızın gerçəkləşməsi üçün əllərindən gələni edəcəklər. Siyasət və ictimai proseslərə maraq artır. Amma yalançıların sözlərinə uymayın.

Günün ikinci yarısında hisslərinizə hakim olun. Soyuqqanlı, təmkinli davranın. Yaxınlarınız sizin emosional davranışlarınıza alışdıqlarından bir qədər təəccüblənəcəklər. Sevdiyiniz insan əhvalınızı yaxşılaşdırmağa çalışacaq.

Qız - münasib və əlverişli gündür. Emosional baxımdan yüksəliş olacaq. Qarşılaşdığınız çətinliklərin öhdəsindən gələcəksiniz. Nikbin olun, ən kiçik problemə görə ruhdan düşməyin. Yaxın ətrafınızdakı insanlar sizə yardım etməyə hazırdırlar.

Günün ikinci yarısı alış-veriş, maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Gəlirlər istisna deyil. Pula ehtiyacınız olduğu bir zamanda bu, əla olacaq. Axşam saatlarında romantik etiraflar yaşanacaq.

Tərəzi - yeni işlərə başlamaq olar. İlk baxışdan çox çətin, hətta həlli mümkünsüz təsir bağışlayan problemi çözəcəksiniz. Təşəbbüsləriniz və yeni ideyalarınız qəbul olunacaq, dəstəklənəcək. İşdə rəhbərlik peşə uğurlarınızı yüksək dəyərləndirir.

Günün ikinci yarısında ambisioz planı reallaşdıraraq karyerada yeni zirvələrə ucala bilərsiniz. Axşam saatları aktiv istirahət, dostlarla birgə əyləncə üçün yaxşıdır. Yeni tanışlıqlar olacaq. Kiminlə çalışmağın sərfəli olduğunu, kimdən də uzaq durmaq gərəkdiyini müəyyənləşdirin.

Əqrəb - söhbətlər, danışıqlar, müzakirələr və görüşlər çox olacaq. Onların hamısı xoşagələn olmasa da, iş üçün sərfəlidir. Ev işlərinin sayı artacaq və bu səbəbdən bəzi planlara dəyişikliklər etmək gərəkdir.

Günün ikinci yarısında situasiyanı sürətlə dəyişə bilərsiniz. Ünsiyyətdə sərvaxt və ehtiyatlı olun. Sizi aldatmağa, məkrli hiyləyə hədəf etməyə çalışanlar var. Sevdiyiniz insanla münasibətlərdə nəyisə köklü şəkildə dəyişməyə çalışmayın.

Oxatan - çətin, arzuolunmaz, müşküllərin çox olduğu gündür. Peşə fəaliyyəti müstəvisi ilə yanaşı, şəxsi münasibətlərdə də problemlər yarana bilər. Tələsik qərarlar qəbul etməyin. Görəcəyiniz işlərin dəqiq planını hazırlayın. Əks təqdirdə fəsadlarının aradan qaldırılması ciddi çətinlik yaradacaq səhvlərə yol verə bilərsiniz.

Sevdiyiniz insanla münasibətlərdə günün ikinci yarısında sərinlik yarana bilər. Bunun səbəbi davranışınızın qarşı tərəfdə qısqanclıq hissi yaratmasıdır. Yeni tanışlara çox baş qoşmayın. Belə təmasların ömrü uzun olmayacaq.

Oğlaq - maraqlarınızı təmin etməyə və mənafelərinizi qorumağa çalışın. Yaxın ətrafınızdakı insanların rəğbətini qazanmağa can atın. Dəvət aldığınız tədbirə qatılın. Şəxsi problemlərinizi başqalarının hesabına həll etməyə can atmayın.

Günün ikinci yarısında məqsədə çatmaq üçün səy göstərin, yolunuzdan sapmayın. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Səhhətinizlə bağlı problemlər olmayacaq. İşlərin çoxluğu belə, sizi yormayacaq. Gəlirlər istisna deyil. Alış-veriş etmək olar.

Dolça - enerjili, qətiyyətli, aktiv olun. Məqsədə doğru aparan yolda maneələr və sədlər yaranırsa, geri çəkilməyin. Əsla ruhdan düşməyin. İstədiyinizə çatmaq üçün var gücünüzlə çalışın. Çoxdankı rəqibi üstələmək, indiyədək reallıqdan çox uzaq ideya və ya layihəni reallaşdırmaq şansları yar.

Günün ikinci yarısında maliyyə fonu çox uğurludur. Əhəmiyyətli məbləğdə gəlir əldə edə bilərsiniz. Təmas qurmaq istədiyiniz insanlarla dil tapın. Bunun üçün fəndgir, hiyləgər olmalısınız. Şəxsi həyatda müsbət dəyişikliklər istisna deyil. Axşam saatlarında sizi yeni tanışlıqlar gözləyir.

Balıqlar - təkbaşına çalışaraq uğura nail ola bilərsiniz. Amma tənha qalmağa səbəb yoxdur, çünki ətrafınızdakı insanlar sizinlə birlikdə işləmək istəyirlər. İndiyədək bədxahlarınızın yanında olan insanlardan da dəstək ala bilərsiniz. O insanlar qəflətən mövqelərini dəyişiblər. Anlaşma və sövdələşmələr, müzakirələr üçün əlverişli gündür. Alış-veriş etmək olar.

Günün ikinci yarısı uğurlu olacaq. Romantik görüşün nəticələri pis olmayacaq. Görüşəcəyiniz insanda özünüzlə bağlı xoş təəssüratlar yaradacaqsınız. Pozitiv emosiyalar çox olacaq. Qarşılıqlı münasibətləri inkişaf etdirməyə çalışın.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...