Kişilər nəyə görə xəyanət edir, lakin ailələrini tərk etmirlər?

Buna bir çox səbəb ola bilər. Ərinin xəyanətindən xəbəri olan bir çox aldadılmış qadın var ki, buna qarşı heç bir şey edə bilməyib barışmalı olurlar. Həyatlarında başqa qadının olmasına baxmayaraq ərləri onları tərk etmir. Görəsən, bu cür xəyanətlərin səbəbi nədədir?

Nəyə görə kişilər xəyanət edir, lakin ailələrini tərk etmirlər?

Kişilər əksər hallarda xəyanəti yeni həyata başlamaq kimi qiymətləndirmirlər. Bir çox hallarda bu cür xəyanət sadəcə ehtiras əsasında birdəfəlik sekslə məhdudlaşır. Bəzi hallarda bu cür əlaqənin təşəbbüskarı qadın özü olur, buna görə də kişi tərəfindən ciddi qəbul edilmir və ona doğma olan ailəsini qeyri-müəyyən gələcək üçün dəyişmir. Bəzi kişilər instinktlərə tabe olaraq hesab edirlər ki, güclü cinsin nümayədələri olduqları üçün xəyanət normal bir haldır. Bu cür düşüncə bəzən tərbiyənin nəticəsi ola bilər: ata xəyanət edirdi, lakin ailəsini tərk etmirdi.

Xəyanətin və ailəni tərk etməməyin səbəbləri

Ailədə xəyanətin bir çox səbəbləri olur, bəzilərinə daha tez-tez rast gəlinir. Vərdiş Ər və arvad bir-birinə çox öyrəşir və bu bir növ vərdiş halına çevirilir. Nəticədə romantika və münasibətdəki sehr tükənir. Onlar özlərini pul qazanmaqla, uşaqların tərbiyəsi ilə məşğul edirlər, bir-birini doğma insanlar kimi sevsələr də, lakin münasibətlərin əvvəlində olan təravət, intriqa, çılğınlıq yox olur. Seks bir vəzifə borcuna çevirilir. Və qəfildən yaranan flirt kişinin bu boz adi həyatına yenilik və rəng qatır, özünü yenidən gənc hiss etdirir. Xəyanət etməklə kişi yenilik istəyini təmin edir və bundan sonra ailə ‘çərçivəsinə’ yenidən qayıdır.

Ər və arvadın temperamentlərinin uyğun olmaması

Həyat yoldaşının sakit evdar qadın olması əri tam qane edir: nahara 3 növ yemək, isti şam yeməyi və təmiz köynəklər hər zaman hazırdır. Lakin çox yorulduğundan onunla seks çox nadir hallarda və darıxdırıcı olur. Bu haldan çıxış yolu kimi kişi başqa qadınla görüşməkdə görür.

Qeyri-müəyyənlik qarşısında qorxu

Ər-arvad arasında sevgi hissi artıq yoxdur, və ya kişi həyat yoldaşına qarşı soyuyur, buna baxmayaraq ortada ailə, müştərək məişət problemləri, ipotekada mənzil, kreditdə maşın, müştərək biznes və ən vacibi uşaqlar var. Bunların hamısını atmaq, yeni mənzil axtarmaq, yaxşı qidalanmamaq və uşaqları yalnız həftə sonları görmək – bir çox kişi buna nə hazır, nə də razı olur. Xəyanət, başqa qadınla eşq yaşaması öz həyatını kəskin dərəcədə və qəfildən dəyişməyə səbəb ola bilməz.

Evli kişilərin xəyanət psixologiyası

Evli kişilər müxtəlif səbəblərdən xəyanət edir, lakin bir çox halda onlar ailə həyatını və kənardakı əlaqələrini bir-biri ilə qarışdırmır. Kişi üçün çox rahat vəziyyətdir: evdə çox yaxşı sevən qayğıkeş ər və atadır, ciddi və düşüncəlidir, başqa bir qadınla isə özünü azad hiss edə bilir, yataqda heç bir məhdudiyyət yaşamır. Kişi bu halda ikili rol oynadığından kənarda əlaqəsi olması onu narahat etmir. Həyat yoldaşı xəyanət barədə öyrəndikdə isə çox vaxt kişi pərt olur, lakin xəyanət etdiyinə peşman da olmur. O, sadəcə sirrinin açıldığına təəssüf edir. Və hər zaman özünə bəraət qazandırmaq üçün səbəblər tapır. Öz günahının (şüüraltı dərk etsə də) səbəbini həyat yoldaşında və ya digər hadisələrdə görməsi yaşadığı stresin öhdəsindən gəlməyə ona yardım edir. Bununla belə onlar həyat yoldaşlarını tərk etmək fikrində olmurlar.

Nəyə görə bəzi subay kişilər xəyanət edir, lakin tərk etmir?

Əgər subay kişi bir qadınla münasibətdədirsə çox güman ki, xəyanət etməməlidir. Xəyanət baş verərsə o, keçmiş sevgilisini atıb yeni münasibətlərə başlaya bilər. Lakin çox vaxt qəribə hal baş verir: kişi xəyanət edir, lakin münasibətləri bitirməyə də can atmır. Əslində çox vaxt bu cür davranışın səbəbi kişinin özünə seçim imkanını yaratmasıdır. O, hansı qızın daha çox xoşuna gəldiyini hələ müəyyən etməyib. Daha bir səbəb isə oğlanın daima görüşdüyü qızı ehtiyatda saxlaması ola bilər. O, hər zaman dadlı yemək üçün, dincəlmək üçün və ya sekslə məşğul olmaq üçün bu qızın yanına qayıdır. Bu cür kişilər mütəmadi olaraq aradan itir və yenidən qayıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə