ABŞ-ın birinci xanımı haqqında bəzi faktlar...

Prezident seçkilərində bütün Amerika seçiciləri “siqar çəkən, viski içən və model həyat yoldaşı olan ağ dərili varlı kişini” 45-ci prezindent seçdi. Bu cür zarafat mətbuatda geniş yayılıb. Lakin Donald Trampın (Donald Trump) özündən çox məhz onun model həyat yoldaşı maraq obyektinə çevrilib. Melaniya Tramp (Melania Trump) kimi birinci xanım ABŞ-da hələ olmayıb. O, ABŞ-ın yeganə birinci xanımıdır ki, seçicilər onu çılpaq görüb Donald Trampla görüşdən 3 il əvvəl, 1996-cı ildə, Melaniya fransız kişi jurnalı “Max” üçün nude (çılpaq) tərzdə şəkillər çəkdirmişdi. Onun o vaxt 25 yaşı var idi. Açıq-saçıq fotosessiyada Melaniya yataqda skandinaviya modeli Emma Eriksson (Emma Ericksson) ilə tamamilə çılpaq çəkilib. Şəkilləri “onların gözəl olduqlarını və pornoqrafiya xarakteri daşımadıqlarını” bildirən fransız fotoqrafı Ale de Bassevil (Ale de Basseville) çəkib. 2016-cı ildə Amerikanın New York Post tabloidi bu şəkilləri tapıb “Melaniya Trampı siz hələ belə görməmişdiniz” yazısı ilə iyul nömrəsinin üz qabığına yerləşdirdi. Lakin bu nəşrdən sonra heç kəs Melaniyanı əxlaqsızlıqda suçlamadı. Sosial şəbəkələrdə müzakirə edilirdi ki, keçmişdəki açıq-saçıq şəkillər ABŞ-ın prezidentliyə namizədinin həyat yoldaşını qınamaq üçün səbəb deyil.

Donald Tramp isə çox sakit yanaşaraq bildirdi ki, Avropada bu cür şəkillər dəbli hesab edilir və geniş yayılmışdır. O, 5 dildə danışır Və bununla belə ali təhsili yoxdur. Təəccüblü olsa da, amma faktdır. Melaniya Sloveniyanın Sevnitsa (Sevnica, keçmiş Yuqoslaviya) şəhərində anadan olub. Milliyyəti slovendir, doğma dili isə sloven dilidir. Uşaqlıqdan o həmçinin serb və alman dillərini bilirdi. 16 yaşında o memarlıq və dizayn ixtisası üzrə Lyublyana universitetinə qəbul olur. Lakin artıq birinci kursda fotoqraf Stane Yerko (Stane Jerko) ilə tanış olur. Bu andan təhsil təxirə salınır, və Melaniya model karyerasına başlayır.

O, universiteti tərk edir, yaşamağa və işləməyə Parisə gedir. Burada fransız dilini öyrənir. 1996-cı ildə Melaniya yaşayış yerini yenə dəyişir – bu dəfə Nyu-Yorku fəth etməyi qərara alır. Təbii ki, bununla da ingilis dilini öyrənir. Bu arada, qeyd edilən “çılpaq” fotosessiya məhz Nyu-Yorkda təşkil edilir. O, növbəti Jaklin Kennedi (Jacqueline Kennedy) olmaq istəyir “Jeki Kennedi. Tərzin sirləri” bioqrafik kitabın müəllifi Pamela Keoq (Pamela Keogh) bildirdi ki, Melaniya onun kitabının qəhrəmanı kimi ideal həyat yoldaşıdır – “gözəl, ağıllı, özünə məxsus fikirləri var və doğru məsləhət verə bilir”. Hələ 2000-ci ildə missis Tramp New York Times-a müsahibəsində deyirdi ki, əgər o nə vaxtsa birinci xanım olsa, “Betti Ford (Betty Ford) və ya Jaklin Kennedi kimi çox ənənəvi olacaqdır”.

Ola bilər ki, artıq o zaman ərinin gizli ambisiyaları barədə xəbəri var idi. Təxmini iki onillikdən sonra onun Amerika xəyalı gerçəkləşdi. Ekspertlərin fikrincə, yeni birinci xanımı lazımi qədər qiymətləndirməmək olmaz – Jaklində olduğu kimi, Melaniyanın da ölkəsinin yeni ikonası olmağa bütün şansları var. O, Donald Trampı kosmetika imperiyasının varisinin “əlindən aldı” Melaniya Knavs (gələcək Tramp) Donaldla 28 yaşında tanış oldu. Bu 1998-ci ildə ID Models Management model agentliyinin yaradıcısı Paolo Zampollinin Kit Kat adlı Manxetten klubunda təşkil etdiyi yığıncaqda baş vermişdir. Tramp oraya iş adamı, iri norvec kosmetika konserninin rəhbəri Finn-Erik Midelfartın qızı Selina Midelfartla gəlmişdi. Artıq o vaxt ailə biznesi Selinanın əlində idi. Donald həmin yığıncaqda Melaniyanın nömrəsini istəyir, lakin milyarderin sevgi macəralarından agah olan miss Knavs imtina edir.

Amma Donaldın nömrəsini özü qeyd etdi. “Əgər mən ona öz nömrəmi versə idim, sadəcə zəng edəcəyi qadınlardan biri olardım. Heç kəsə sirr deyil ki, varlı insanların bir neçə nömrəsi olur, və tanış olduğu qadına hansı nömrəsini verəcəyi bir çox şeyə işarə edir. O mənə bütün nömrələrini verdi”, - missis Tramp deyirdi. Klintonlar onun toyunda qonaq olublar Miss Knavs və mister Trampın toyunda həmin vaxt artıq ABŞ-ın prezident vəzifəsini tutmayan Bill Klinton həyat yoldaşı Hillari ilə 350 qonağın arasında idilər. Şəkillərə nəzər yetirdikdə gələcək rəqiblər bir-birinə qarşı çox mülayim görsənirlər. Melaniyanın gəlinlik donu sözün əsl mənasında qiymətli idi. Onun qiyməti 100 000 dollar təşkil edirdi. Don 500 ədəd kristallarla bəzədilmişdir. Christian Dior haute couture evinin sənətkarlarına gələcək missis Trampın gəlinlik donunu daş qaşlarla bəzəmək üçün 550 saat lazım oldu. Şleyfin uzunluğu 4,8 metr idi. Gəlinliyin çəkisi 20 kiloqram idi. Gəlin bu ağırlığı daşımaqdan yorulub Vera Wang-dan yunan tərzində yüngül donla əvəz etmişdi.

O, ABŞ-ın yeganə birinci xanımdır ki, gözəllik müsabiqələrində iştirak edib və reklamlarda çəkilib 1992-ci ildə Melaniya Tramp Sloveniyada keçirilən İlin Siması müsabiqəsində ikinci yeri tutmuşdu. Və bu hələ başlanğıc idi. Addımlarını yenicə atan modelin karyerası uğurla başlamışdı: dəbli jurnal və brendlər arasında çox populyar idi, onu ən yaxşı fashion-fotoqraflar bəyənirdi. Donaldla tanışlıqdan sonra Melaniyaya olan maraq daha da artdı. O, Harper’s Bazaar, Vogue, Elle, Vanity Fair, New York Magazine, InStyle Weddings kimi məşhur jurnalların səhifələridə çıxırdı. Bir çox dünyaca məşhur brendlər onu çəkilişlərə dəvət edirdi. Aflac sığorta şirkəti üçün reklam kampaniyasını misal gətirmək olar. Lakin ABŞ-ın birinci xanımı həyat yoldaşı və ana kimi də xoşbəxt olduğunu bildirib. Bundan əlavə Melaniyanın şəxsi zərgərlik biznesi var və o, saat dizaynı ilə məşğuldur. Həmçinin ona məxsus kosmetik məhsullar istehsalatı biznesi var. Son bir neçə seçkilərə görə o prezidentliyə namizədin ən populyar olmayan həyat yoldaşı idi

Bu məlumatı The Washington Post çatdırıb. Qəzet amerikalılar arasında ənənəvi sorğu keçirmişdir: respondentlərə sual verilirdi ki, 2016-cı ildə ABŞ prezidentliyinə namizədlərin yaxınlarından kimi daha çox simpatiya ilə qarşılayırsınız. Belə ki, Hillarinin yoldaşı Bill Klintonu sorğuda iştirak edənlərin yarısından çoxu dəstəklədi. “Seçki ili ərzində Melaniya Trampın populyarlığı, demək olar ki, namizədlərin yoldaşlarının hamısından aşağı idi. Sorğunun keçirildiyi bütün illər ərzində ən populyar Corc Buşun həyat yoldaşı Barbara idi. Mişel Obama həmçinin bu reytinqin yuxarı pillələrində yer tuturdu”, - National Post yazırdı. Yəqin ki, missis Trampda hələ hər şey irəlidədir. O, ərinin ən əsas çatışmazlığını Twitter-ə həddindən artıq həvəsində görür Seçicilərlə görüşlərin birində Melaniyanı ərinin pis vərdişləri barəsində soruşdular. O, çox düşünmədən “twitting” deyə cavab vermişdi.

Melaniyanın fikrincə, Donald Tramp Twitter-ə həddindən artıq vaxt ayırır. Təbii ki, onun özünün də bu sosial şəbəkədə hesabı var, lakin elə də böyük həvəslə istifadə etmədiyini bildirib. Donald Tramp özü seçki qabağı kampaniyalarda dəfələrlə deyib ki, yoldaşı hər zaman onu “özünü prezident kimi apar”, “prezident kimi düşün” sözləri ilə düzəldib. O, ABŞ-ın yeganə birinci xanımıdır ki, kommunist ölkəsində anadan olub 1970-ci ildə Yuqoslaviyada kommunist Yosip Titonun (Josip Broz Tito) hakimiyyəti dövründə anadan olan Melaniya uşaqlığı kommunist ruhlu dövlətdə keçən ABŞ-ın yeganə birinci xanımıdır. Həmçinin o, ABŞ prezidentinin ikinci arvadıdır ki, xaricdə anadan olub. Birincisi 1825-1829-cu illərdə vəzifədə olan ABŞ-ın altıncı prezidenti Con Kuinsinin (John Quincy) ingilis arvadı Luiza Adams (Louisa Adams) idi. O, vəziyyətdən çıxmağı bacarır Onun düşünülmüş reaksiyası və cavabları seçicilərin etibarını geri qaytarmaqda Donald Trampa dəfələrlə yardım edib. Belə ki, Melaniyaya tez-tez yada salırdılar ki, o özü yerli amerikalı deyil. Buna görə də Ştatlara gəlmək istəyən hər kəsə anlayışla yanaşa bilərdi. Lakin Melaniya bu cür qınaqlara məharətlə etiraz edirdi: “Mən ABŞ-a gələndə qanunları pozmamışam. Və mən heç vaxt burada sənədsiz yaşamağı düşünməmişəm”. Trampın meksikalılara qarşı söylədiyi təhqirləri (çıxışlarının birində sərhədi qanunsuz keçənləri cinayətkar adlandırmışdı) missis Trampdan şərh etməsini istədikdə də təmkinlə cavab verib: “Mən bunda Meksika xalqına qarşı təhqir görmürəm. Söhbət qanunsuz emiqrantlar haqqında gedirdi”.

Oktyabrda The Washington Post qazeti 2005-ci ilin səs yazısını təqdim etmişdir. Bu yazıda Tramp qadınların ünvanına bir sıra xoşa gəlməyən ifadələr işlədib və buna görə Tramp qalibiyyətə bütün şanslarını itirə bilərdi. Melaniyanın buna qarşı düşünülmüş reaksiyası təsirləndirir. O, şərhləri ilk növbədə özünə qarşı qəbuledilməz və təhqiramiz adlandırdı. “Bu mən tanıdığım insana xas deyil. Onun lider ürəyi və ağlı var”, - Melaniya Tramp bildirib və insanların Donaldın üzrlərini qəbul edəcəyinə ümid edib. Səsvermənin nəticələri onun ümidlərini təstiqlədi.(Zerifqadin.az)

Bütün xəbərlər Facebook səhifəmizdə