Qadınlar hansı kişiləri tərk etmirlər?

Münasibət - əməkdir, yalnız həqiqətən bir-birini sevən insanlar həyatın sınaqlarından keçə bilərlər. Ömür boyunca eyni səhvləri buraxmamaq vacibdir. Məqalədə qadınlarla ünsiyyətdə bir neçə vacib məqamlara toxunulur.

1. Diqqətsizlik. Hər bir qadın üçün onun yeganə olduğunu və sevildiyini bilmək vacibdir. Qadına qarşı diqqətsizlik onun sizin üçün bir o qədər də əhəmiyyətli olmadığına işarə edir. Sadəcə yadda saxlayın ki, vaxtaşırı gözlənilməz sürprizlər etməklə sevdiyiniz qadının sizin üçün necə əziz və əhəmiyyətli olduğunu göstərəcəksiniz. Və mütləq deyil ki, bu bahalı hədiyyə olsun, siz ona unudulmaz xoş anlar, xatirələr bəxş edə bilərsiniz.

2. Mühüm hadisələr. Əksər kişilər sevdiyi qadınla olduğu müddətdə baş verən mühüm hadisələrin tarixlərini unudurlar. Onlar heç şübhə də etmirlər ki, bununla böyük səhvə yol verirlər. Çünki qadınlar bu cür xırda məsələlərə böyük əhəmiyyət verirlər. Zərif cinsin nümayəndələri belə davranışı laqeydlik kimi qiymətləndirirlər. Bu cür nüanslar münasibətlərdə xoşagəlməz anların yaşanmasına səbəb olur. Belə səhvlərə yol verməmək üçün mühüm hadisələri bir yerdə qeyd edin.

3. Nəzarət. Qadın üzərində daima nəzarət – özünə əminsizliyin ilkin əlamətidir. Qadına harasa getməyi qadağan etməklə, onun hər addımına nəzarət etməklə, ona təzyiq göstərməklə kişi vəziyyəti daha da qəlizləşdirir və qadını özündən uzaqlaşdırır. Əgər siz münasibət qurursunuzsa, qarşınızdakı insana etibar etməyi öyrənin. Qadınlar güclü və özünə əmin olan kişilərə üstünlük verirlər.

4. Məsuliyyətsizlik. Çox gözəl bilirik ki, kişi öz söz və hərəkətlərinə görə cavabdeh olmalıdır. Qərar qəbul etməyi bacaran, öz sözlərinə görə məsuliyyət daşıyan – belə kişinin yanında hər bir qadın olmaq istəyər. Kişi daima şikayətlənərsə və bütün problemlərində ətrafda hər kəsi günahlandırarsa, yazıqlıq hissindən başqa heç bir hiss oyatmaz.

5. Xəsislik. Qadınların tez-tez rastlaşdığı hallardan biri də kişinin xəsis olmasıdır. Əsrlər boyu qadınlar ailəni saxlaya və bütün bədbəxtliklərdən qoruya biləcək güclü kişiləri seçiblər. Qadına qarşı imkanınız daxilində səxavətli olun, onu nazlandırın. Əgər bir qadın sizi seçibsə, onun qeydinə qalın və onun sizin üçün necə əziz və dəyərli olduğunu bildirin. Bir-birinizi sevin və xoşbəxt olun!

Bütün xəbərlər Facebook səhifəmizdə