Təqaüdçü təyyarədən özünə ev düzəltdi FOTO

Amerikalı təqaüdçü mühəndis Bryüs Kempbell Yunanıstanda 22 min dollara istismardan çıxarılan təyyarəni alaraq onu evə çevirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarə ABŞ-ın Yuta ştatına gətirilərək meşəlikdə 4 hektar ərazidə quraşdırılıb. Mühəndis tərəfindən alınan "Boeing 727- 400" 1960-1984-cü illərdə fəaliyyət göstərib və məşhur milyarderin nəşini daşıyıb.

68 yaşlı Bryüs Kempbellin 68 yaşı var. Ailə və uşağa sahib olmayan pensiyaçı ev almaq üçün ipoteka kreditinə müraciət etməmək üçün pullarını yığıb.

"Mən texnoloji cəhətdən inkişaf etmiş ev almaq istədim. Mənim üçün onun hansı materialdan olması çox önəmlidir. Təyyarə sənayesi daha qabaqcıl olduğu üçün evimin belə olmağını istədim", - deyə mühəndis qeyd edib.

Təyyarəni taxta dirək üzərində möhkəmlədən Bryüs hamam, tualet düzəldərək, evi lazımı mebellə bəzəyib. İnsanlar bu yaşayış evini muzey kimi qəbul edir, hətta ekskursiya üçün oranı ziyarət edirlər. Təqaüdçü iki həftədən bir şəhərə səfərə gəldiyi zaman aldığı konservləşdirilmiş yeməklərlə bəslənir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə