Allergiyası olanlar, evdə süni xalılardan istifadə etməyin!

Evimizdə hər zaman soyuqdan qorunmaq, sağlam yaşamaq və komfortu təmin etmək üçün taxta və ya parket döşəmələrdən istifadə edirik. Parket döşəmələr bahalı olmasına baxmayaraq uzunmüddətli və ekoloji təmizdir.

Bu barədə AZƏRTAC-a kimya elmlər namizədi Abuəli Hüseynli məlumat verib. Mütəxəssis bildirib ki, laminar döşəmələrini rütubətli yerlərdə istifadə etmək olmaz. Belə döşəmələrin ömrü 5-15 ildir, lakin təmizlik baxımından gigiyenikdir. Zərərli tozları özündə saxlamır. Linoliumlar isə bakterioloji olurlar. Onlardan əsasən, tibbi müəssisələrdə, evlərdə geniş istifadə edilir. Linoliumları da rütubətli yerlərdə istifadə etmək tövsiyə edilmir. Linoliumların ömrü növündən asılı olaraq 10-15 il arasında dəyişir.

“Döşəməyə xalı sərmək estetik zövqü oxşamaqla yanaşı, həm də sağlamlığa xidmət edir. Xalılar əsasən təbii və ekoloji təmiz materiallardan hazırlandığı üçün istiliyi xaricə vermir, evə rahatlıq bəxş edir. Belə evlərdə rütubət səviyyəsi 40 faizdən az, 70 faizdən çox olmamalıdır. Xalılarda olan canlı bakteriyaları tozsoranla təmizləmək olur. Nəticə etibarı ilə xalı təmizlənir, otağın havası isə kiçik toz hissəcikləri ilə çirklənir. Belə hissəciklər allergiya və astma xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Müasir elektrikli tozsoranlarda bu proses baş vermir. Çünki elektrik tozsoranlarının çıxışında filtrlər yerləşdirilir. Bu filtrlər həmin toz hissəciklərini asanlıqla özündə saxlaya bilir.

Sintetik materiallardan hazırlanan kovrolit və xalılar ekoloji təmiz olur. Yalnız sintetik xalılar ətrafda olan toz hissəciklərini özlərinə maqnit kimi çəkə bilir. Allergiya xəstəliyi olan insanlar süni xalılardan istifadə etməməlidirlər. Kovrolitlər süni xalının xassələrini özündə saxlayır. Onlar sıx polipropilen və ya kokos saplarından hazırlanır ki, bunlar da daha çox toz mənbəyi hesab olunur”,-deyə A.Hüseynli qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə