ŞOK ARAŞDIRMA: İnternet təbiətə də qənim kəsilib...

Tədqiqatçılar "Coanna Moll” proqramı yaradaraq "Google” və "Facebook”dan istifadənin təbiətə təsirini təhlil ediblər. Tədqiqat sözügedən saytlardan istifadənin təbiətə böyük zərər vurduğunu ortaya çıxarıb.

Məsələ ondadır ki, internet və məşhur serverlər istifadə edildikdə çoxlu elektrik enerjisi sərf edir. Yaradılan proqrama görə, "Google” saniyədə təxminən 47 min sorğunu emal edir. Bu, saniyədə 500 kiloqram karbon qazı deməkdir, yəni hər sorğu üçün 0,01 kiloqram.

"Google” ekoloji təhlükənin tək mənbəyi deyil, başqa məşhur saytlar da həmçinin təbiətə gözəçarpan zərər vururlar. Məsələn, 2016-cı ildə "Facebook” serverləri 718 min ton karbon qazı emal ediblər. Bu, təxminən 200 min minik avtomobilinin havaya buraxdığı karbon qazına bərabərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə