Gələcəkdə insanlar 6 saatdan az yatacaq

Amerika Birləşmiş Ştatlarının elm adamları orta yuxu müddəti göstəricilərinin dəyişkən olduğunu və müddətin getdikcə azalacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tədqiqatçılar bildiriblər ki, gələcək nəsil indiki ilə müqayisədə nəzərə çarpacaq qədər az yatacaq.

Hazırki dövrdə normal yuxu göstəricisi 7-8 saat təşkil edir. Lakin alimlər yuxu saatının insanlara görə dəyişdiyini və yuxunun ölüm riskini artırdığını açıqlayıblar. Məlum olub ki, çox yatan insanların ölüm riski daha çoxdur.

Amerikalı alimlərin fikrincə, bu nəticəyə otuz milyon insan arasında toplanan statistik təhlilə əsaslanaraq gəlinib. Amma bunun səbəbləri hələ də araşdırılmayıb.

Aparılan təhlillər nəticəsində gələcək nəsillərin sutka ərzində ən çox 6 saat yatacağı məlum olub.

Ekspertlərin fikrincə, günün dörddə biri güc toplamaq üçün kifayət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə