Qəzzada İsrail əsgərləri ilə toqquşmada 1 fələstinli ölüb

Dünən axşam Qəzza zolagı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli ölüb, 50-dək insan yaralanıb. "Report"un verdiyi xəbərə görə, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, Qəzzanın gənc sakini Xan-Yunis şəhərini yaxınlığında güllələnib. Başından yaralanmış iki nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralıların üçü azyaşlı, ikisi qadın, dördü jurnalistdir. Yaralanan jurnalistlərdən biri Almaniyadan olan reportyordur.

Bütün xəbərlər Facebook səhifəmizdə