Şotlandiya dağlarında 124 yaşı olan viski ilə dolu butulka tapılıb. Metal qutuda 1894-cü ilə aid olan qəzet də aşkarlanıb. Əşyalar yaxınlıqda yerləşən Nyutonmer şəhərindəki muzeyə göndərilib. Bu viskinin dadına baxmaq istəyənlər çoxdur, lakin çaxırdan fərqli olaraq butulkada olan viskinin dadı illər keçdikcə dəyişir.

Qeyd edək ki, bundan əvvəl ən qədim viski 1907-ci ildə Ernest Şekltonun cənub qütbünə uğursuz ekspedisiyasından sonra Antarktidan tapılan viski şüşəsi hesab olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə