Gündəlik 100 kaloridən artıq qəlyanaltı uşaqlar üçün təhlükəlidir!

Uşaqlara gün ərzində 100 kalorilik və ən çoxu iki qəlyanaltıya icazə verilə bilər, həmin normanın gözlənilməməsi zərərlidir. İngiltərəli tədqiqatçılar apardıqları araşdırmalardan sonra belə nəticəyə gəliblər. "News.sky.com" saytı yazır ki, İngiltərə İctimai Səhiyyəsinin araşdırmaçıları uşaqların gün ərzində ən azı üç sağlam olmayan qəlyanaltı və şəkərli içki qəbul etdiyini müəyyənləşdiriblər.

Uşaqların üçdəbirinin gündə dörd və ya daha çox sağlam olmayan qəlyanaltı ilə qidalandığını söyləyən elm adamları bunun tövsiyə edilən şəkər miqdarını üç dəfə keçdiyini bildiriblər.

Alimlərin araşdırmalarına görə, uşaqlar şəkərin yarısını qeyri-sağlam qəlyanaltı və içkilərlə qəbul edirlər.

Balacaların hər il təxminən 400 biskvit, 120-dən çox tort, çörək və xəmir məmulatları, 100 porsiya şirniyyat, 70 şokolad və dondurma, 150-dən çox qablaşdırılmış meyvə suyu və konservləşdirilmiş qazlı içkilər qəbul etdiyini hesablayan tədqiqatçılar onun piylənmə riskini artırdığı barədə xəbərdarlıq ediblər.

Mütəxəssislər təzə meyvə və tərəvəzlərdən istifadənin çoxaldılmasını tövsiyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə