Yazın gəlişindən xəbər verən qardələn

Qardələn yazın ilıq nəfəsi ilə oyanan və çox da hündür olmayan ilk bitkidir. Onun adının latıncadan tərcüməsi süd gülü mənası verir. Bu adı havanın hərarətinin təsiri nəticəsində qalın qar təbəqəsini yarıb günəşə doğru boylandığına görə ona veriblər.

Əvvəlcə qardələnin bir cüt yarpağı, sonra ağ zınqırov formasında üzü aşağı doğru açılan çiçəkləri əmələ gəlir. Nə qar, nə şaxta, nə də ya havasının soyuq keçməsi onu qorxutmur, açılan çiçəkləri yazın yaxınlaşmasını xəbər verir. Bitkinin 20 santimetr uzunluğunda olan iki xətli yarpaqları çiçək bəndəmi ilə ilk eyni vaxtda əmələ gəlir. Çiçəklərinin zəif, zərif və xoş ətri olur. Onun bütün növləri qorunur, bəzi növləri isə itmək və nəsli tükənmək təhlükəsi ilə üz-üzədir. Ona görə də onu şəxsi təsərrüfatlarda və gül plantasiyalarında yetişdirilər.

Bütün xəbərlər Facebook səhifəmizdə