Bu da ABŞ-ın fantastik silahı - VİDEO

Amerikanın əfsanəvi "TR-3B Astra" təyyarəsi müşahidə kamerasına düşüb. Ufoloqlar videoya asta rejimdə baxarkən, qaranlıq səmada uçan sirli üçbucaqlı bir obyektin göründüyünü bildirib.

Qeyd edək ki, görüntü bu il yanvarın 26-da, axşam saat 17:30-da əldə edilib.

Amma ABŞ Hava Qüvvələrinin mifik supersilahının harada görüntüləndiyi haqqında məlumat verilməyib.

Ufoloqların sözlərinə görə, gizli mənbə heç bir açıqlama vermədən ancaq videonu göndərib.

Buna baxmayaraq, mütəxəssislər bu cür tapıntıya görə çox məmnun olduqlarını bildiriblər.

"TR-3B Astra" haqqında internetdə yayılan məlumatlar çox olsa da, təzadlıdır.

Verilən məlumata görə, bu, gizli hərbi təyyarədir və dünyada başqa belə bir təyyarə yoxdur.

Bu təyyarə görünməmiş hipersonik sürətlə uçur, kosmosa girə və radarlara görünməz ola bilir.

İddia edilir ki, bu təyyarənin qurulması texnologiyasını amerikalılar Rosşell hadisəsindən sonra UNO-lardan götürüblər.

Bəzi ekspertlər isə iddia edir ki, 1990-cı illərdə ABŞ-da 24 ədəd belə təyyarə istehsal edilib və onların hər birinin qiyməti bir milyard dolları keçib.

"TR-3B Astra"ya aid şəkil və videolar olmasına baxmayaraq, ABŞ hərbi rəsmiləri belə futuristik təyyarələrin varlığını inkar edir.

ABŞ hərbi təyyarələrinin müxalifləri iddia edirlər ki, Rusiya prezidenti Vladimir Putin yeni silahları nümayiş etdirdikdən sonra Amerika da boş təhdid və hərbi hissələrinin Avropaya köçürülməsindənsə, öz nailiyyətlərini nümayiş etdirərdi. NATO ancaq bu yolla öz gücünü göstərə bilərdi./xezerxeber

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...