Qadınların kişilərə qan verməsi niyə təhlükəlidir?

Məlum olub ki, övlad sahibi olan qadınlardan alınan və kişilərə köçürülən qan təhlükəlidir. Xarici mətbuatın yazdığına görə, Hollandiyada bununla bağlı araşdırma aparılıb. Nəticələr göstərib ki, qadınların kişilərə qan verməsi ciddi sağlamlıq problemlərinə gətirib çıxarır.

Övlad sahibi olan qadınların kişilərə qan verməsi onların ölüm riskini çoxaldır. Lakin heç vaxt hamilə qalmayan qadınların qanı hamilə olanlarla müqayisədə daha az risklidir. Bu, hamiləlik zamanı qadın immunitetinin dəyişməsi ilə izah edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...