Elektron siqaret ağciyərləri məhv edir

Elm adamları siqaretdən daha az zərərli olduğu üçün isifadə edilən elektron siqaretin yarada biləcəyi təhlükə barədə xəbərdarlıq edib.

Daily Mail-in xəbərinə görə, xeyli populyar olan elektron siqaretlərin normal siqaretlərdən əslində bir elə də fərqi yoxdur. Elektron siqaretdən çıxan buxar normal siqaretlərin yaratdığı təsiri yaradır və hüceyrələrə zərər verir. Elektron siqaretlərin bu zərərləri isə uzun müddət ərzində ağciyərlə bağlı problemlərin yaranmasına səbəb ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə