Facebook artıq orta yaşlı insanların sosial şəbəkəsinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın eMarketer tədqiqat şirkəti yayıb. Şirkətin məlumatına görə, 2004-cü ildə tələbələr üçün yaranan sosial şəbəkə yeniyetmə və gənclər arasında nüfuzunu itirməkdədir.

Məlumata görə, hazırki vəziyyət gənclərin İnstagram sosial şəbəkəsinə meyl etməsi deyil, hesabata əsasən 12-21 yaşlılar daha çox Snapchat platformasından istifadə edirlər.

Şirkətin məlumata görə, 2018-ci ildə Facebook 24 yaşından aşağı olan daha 2 milyondan çox istifadəçisini itirəcək: "Snapchatın hazırki imkanları gənclər üçün maraqlı hesab olunur. Çünki orada gənclər valideynlərini, nənə və qohumlarını görə bilmirlər. Lakin sosial şəbəkə də öz imkanlarını genişləndirərək bura orta və yaşlı insanları cəlb edərsə, o zaman gənclərdə bu şəbəkə haqqında fikirlər dəyişə bilər. Bu baxımdan da Facebook sosial şəbəkəsinin vəziyyəti qəbul ediləcək qərarlardan asılı olacaq" - deyə,şirkətin hesabatında qeyd olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə