Yer kürəsinin ən sürətli heyvanının adı açıqlandı!

Yer kürəsinin ən sürətli, cəld və dəqiq canlı varlıqları saniyənin səkkizdə bir hissəsi ərzində 360 dərəcə fırlanmaq və qurbanına dəqiq zərbə endirmək bacarıqlarına malik olan hörümçək-krablar hesab olunublar. “Journal of Experimental Biology” dərgisində yer alan xəbərə görə, alimlər bütün hörümçəklərin ov torlarından istifadə etmədiyini, təxminən onların yarısının qurbanını güdərək və ona tullanaraq tutmağa çalışdığını, digərlərinin isə hörümçək-krablar kimi qurbanlarına pusqudan hücum etdiklərini bildiriblər. Elm adamları bu hörümçəklərin belə fəndləri necə etdiklərini araşdırdıqlarını qeyd ediblər.

Bir qayda olaraq, Yer kürəsinin ən güclü, itigözlü və sürətli varlıqları, ölçülərindəki fərqləri nəzərə alınmaqla məməlilər və ya digər onurğalılar deyil, həşəratlar və başqa onurğasızlardır. Kaliforniyalı bioloqlar aydınlaşdırıblar ki, Cənubi və Şərqi Asiya ölkələrində evlərdə və meşələrdə yaşayan adi hörümçək-krablar heyvanlar aləminin belə “super qəhrəmanları”nın siyahısına daxildirlər. Onlar yüksəksürətli kameranın köməyi ilə bu buğumayaqlı varlıqların həşəratları necə tutduqlarını müşahidə edərək belə nəticəyə gəliblər.

Həmin hörümçəklər öz hərəkət tərzinə görə qeyri-adidir – onlar dəniz xərçəngləri kimi yan tərəflərə və arxaya gedə bilərlər və inanılmaz dərəcədə yüksək çevikliyə malikdirlər. Belə ki, əgər onlar açıq divarda və ya tavanda olsa belə, demək olar ki, onlar tutmaq mümkün deyil.

Tədqiqat zamanı məlum olub ki, bu hörümçəklər unikal qabiliyyətə malikdirlər – onlar təxminən bütün bu mürəkkəb əməliyyatları 0,12 saniyə ərzində icra edərək praktik olaraq bir anda dönə, qurbanı tuta və ona öz köpək dişlərini batıra bilərlər. Tədqiqatların nəticəsinə əsasən, onlar belə manevri ayaqlarının unikal anatomiyasının və onların işini idarə edən davranışın qeyri-adi proqramının sayəsində edə bilər.

Həmin hörümçəklərdə qurbana ən yaxın ayaq xüsusi lövbər və vasitə rolunu oynayır. Hörümçək öz bədənini qaldırmaq və onu gələcək nahara tərəf atmaq üçün həmin ayaqdan istifadə edir. Bədənin əks tərəfindəki ayaqlar onu torpaqdan uzaqlaşdırır, fırlanma anı yaradır, sonra isə bükülürlər.

Bioloqların qeyd etdiyi kimi, bu üsul hörümçəyə 40 faiz daha sürətlə dönməyə və qurbanın bədəninə dəqiq zərbəni vurmağa imkan yaradır.

Alimlər vurğulayıblar ki, bu tullanma tamamilə “avtomatik” və reflektor deyil – hörümçək qurbanın harada olduğunu bilir, ona qaçmağa imkan verməmək və dəqiq zərbə endirmək üçün dönmənin və tullanmanın gücünü hesablayır.

Bioloqlar ümid edirlər ki, onların bacarığının sirləri real hörümçəklər kimi məharətlə və cəld hərəkət etmək qabiliyyətinə malik robotlar yaratmağa kömək edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə