Buzlaqlar ərisə, 793 milyon kiloqram civə üzə çıxacaq!

Çoxillik buzlanma tərkibində təxminən 793 milyon kiloqram civə saxlayır. Buzlaqların əriməsi nəticəsində ətraf mühitə zəhərli maddələrin yayılması baş verəcək ki, bu da qlobal ekoloji fəlakətə gətirib çıxaracaq.

“Ecoportal” saytında yer alan xəbərə görə, Amerika və İsveç alimlərindən ibarət qrup əbədi buzlanmanı tədqiq edib və Şimal yarımkürəsinə aid torpaqlarda və buzlarda 793 milyon kiloqrama yaxın civə aşkar ediblər. Ağır metalla yoluxan buzlaqların əriməsi ətraf mühitin çirklənməsinə səbəb olacaq.

Bu barədə “Geophysical Research Letters” elmi nəşrində dərc olunmuş monoqrafiyada bildirilir.

Alimlər iddia edirlər ki, civə üzvi maddələrlə birgə minilliklərdir əbədi buzlanmada yığılıb qalıb. Civənin tərkibini təyin etməkdən ötrü alimlər 2004-cü ildən 2012-ci ilədək Alyaskanın müxtəlif yerlərində dərinliyi 98-248 santimetr arasında olan 13 quyu qazıblar. Tədqiqatların müəllifləri hesab edirlər ki, buzlaqların əriməsi qlobal istiləşmə ilə bağlıdır. Bu, ekoloji fəlakətə gətirə bilər. Üzə çıxan ağır metal zəhərli birləşməyə - metil-civəyə çevrilir ki, bu da insanın və heyvanın mərkəzi sinir sistemini zədələməyə qadirdir. Metil-civənin parçalanmasına 14 min il vaxt tələb olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə