Alimlər qar yeməyə icazə veriblər

Rumıniya Universitetinin alimləri qar yeməyin sağlamlıq üçün ziyanı olmadığını açıqlayıblar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, alimlərin fikrincə, qar təzə yağmış olmalı və onun qalma müddəti iki günü keçməməlidir.

Çünki, dondurulmuş suyun bakteriya ilə çirklənmə riski artır.

Tədqiqatçılar yanvar və fevral aylarında Rumıniyanın Merkuri-Çuk şəhərində yerləşən parkdan qar yığaraq nümunələri möhürlənmiş steril konteynerlərə yerləşdiriblər. Nümunələr mənfi 17,4-1,1 dərəcə saxlanılıb. Beləliklə elm adamları qarda bakteriyaların inkişafını izləyı biliblər.

Nəticəyə əsasən məlum olub ki, 1 gündən artıq yağan qarda bakteriyaların həcmi 5 kvadrat millimetr artır. Bu baxımdan alimlər açıqlayıblar ki, 12 saatdan az müddətdə yağan qarın orqanizm üçün zərərsiz, lakin ondan çox müddətdə qalan qarın mikroblarla zənginləşdiyini açıqlayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə