Çimərlikdə siqaret çəkmək qadağan olundu

Taylandda fevralın 1-dən “çimərliklərdə siqaret çəkilməsinin qadağan olunması haqqında” qanun qüvvəyə minib.

Bu barədə “İnterfaks” məlumat yayıb.

Yeni qanuna görə, çimərliklərdə qadağaya məhəl qoymayan sakinlər və turistlər üç min dollardan çox məbləğdə cərimələnəcək.

Qadağa bütün növ tütün məmulatlarına, o cümlədən elektron siqaretlərə tətbiq olunur. Rejimin ölkənin 24 populyar çimərliklərində qüvvədə olacağı bildirilir.

Turistlər bundan sonra çimərliyə daxil olmazdan əvvəl yanan siqaret və ya çəkilmiş siqaret kötüklərini girişdə qurulacaq xüsusi qablara atmalı olacaqlar.

Qeyd edək ki, Taylanda turist axını ildən-ilə artır. 2018-ci ildə bu ölkəyə 37.5 milyon turistin səyahət edəcəyi təxmin edilir.

Siqaret qadağası haqqında qanun ötən ilin noyabrında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə