İnsan beyninin zirvədə olduğu yaş həddi...

ABŞ-da aparılan bir araşdırma beyin funksiyalarının 27 yaşından sonra azalmağa başladığını ortaya çıxarıb. "Qaynarinfo" BBC-ə istinadən xəbər verir ki, Virciniya Universitetindən professor Timoti Saltaus insan beyninin zirvədə olduğu yaşın 22 olmasına baxmayaraq, 20 yaşın sonlarında mühakimə, düşünmə tezliyi və fəzasal vizuallaşdırma bacarığının azalmağa başladığını qeyd edib.

Saltaus yaşlanma müddətini gecikdirmək məqsədli terapiyalara gənc yaşlarda başlamaq lazım olduğunu deyib. 18-60 yaş arası 2000 sağlam insan üzərində 7 illik araşdırmanın nəticələri "Yaşlanma Neyro Biologiyası" jurnalında dərc olunub.

Tədqiqata qatılan insanların beyin gücünü yoxlamaq məqsədi ilə onlara "pazzl", verilən sözləri xatırlamağı və hərflərlə simvollardan hazırlanmış krossvordları həll etmək tapşırılıb. Bu cür testlər hazırda epilepsiya xəstəliyini təyin etmək üçün istifadə edilir.

Araşdırmada iştirak edənlərdə ən yaxşı nəticəni 22 yaşda olanlar göstərib. Onlar 12 testdən 9-na düzgün cavab verib. Beyinin mühakimə və "pazzl" həll etmədə ən zəif olduğu yaş isə 27 olub. Yaddaş zəifləməsi 37 yaşa kimi özünü qorusa da, ümumi mədəniyyətlə bağlı testlərdə isə 60 yaşa kimi olanlar daha yaxşı performans göstərib. Professor Saltaus düşüncə ilə bağlı bacarıqların 20-30 yaş arasında başladığı qənaətinə gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə