Səhər yuxudan oyananda əl-üzünüzü yumamışdan əvvəl 1 dəqiqə gülün. Yaratdığı təsiri hiss edəcəksiniz. Çünki gülüş ağrıkəsici və anti-depressiya təsirinə malikdir. Gülüşün daha çox faydaları və təsirləri haqqında bu yazıda sizin üçün geniş araşdırma apardıq.

Gülüşün təsdiq olunmuş faydaları

Uşaqlar gündə orta hesabla 400 dəfə, yetişkin insanlar isə maksimum 17 dəfə gülməlidirlər.

Gülüşün elmi cəhətdən təsdiqlənmiş faydaları:

Hormonları balanslaşdırır. Bu da, ümumi olaraq immuniteti gücləndirir və daha az xəstələnməyimizə səbəb olur.· Endorfinin ifraz olunmasını təmin edir. Bu, həm də, idman edərkən ifraz etdiyimiz hormondur. · Ağrikəsici və insanın özünü yaxşı hiss etməsi kimi təsirləri var. Stressi bəlli miqdarda azaldır.·

Yaxşı məşqdir. Diafraqma, üz, qarın əzələləri, çiyinlər və ürək üçün yaxşı məşqdir. · Gündə 100 dəfə gülmək 10 dəqiqə kürəkçəkmə alətində və ya 15 dəqiqə velosipeddə idman etməyə bərabərdir.

Emosional rahatlıq verir

Sosial üstünlükləri var. Daha çox gülüş sizin daha da sosial olmağınıza, daha çox insanı cəlb etməyinizə və ətrafınızdakı insanların da gülməsinə səbəb olacaqsınız. Eyni zamanda da kariyeranıza da müsbət təsirləri olacaq.·

Gülüş yoqası nədir?

Hindistanlı həkim Mandan Katara gülüş mövzusunda edilən araşdırmalardan təsirlənərək 2005-ci ildə Gülüş Yoqasının əsasını qoydu. Gülüş Yoqası uzun müddət tənəffüs məşqlərinin davamı olaraq həyata keçirilir. Bu yoqanın əsasında diafraqma tənəffüsü və idman hərəkətləri dayanır. Gülüş Yoqasında ilk seansdan etibarən nəticə əldə etmək olur. Xüsusilə də, çox ağır stress və təzyiq altında olan insanlarda tez təsiri olur.

Tək gülməkdənsə birlikdə gülək...

Əsasən, bu yoqada lap yaxşı nəticə üçün qrup məşqlərinə qatılmaq vacibdir. Çünki qrupdakıların verdiyi enerji çox yüksək olur. Qrup olaraq da gülməyin limiti yoxdu. Eyni anda hamı gülə bilər və müsbət enerji ilə özünüzü təmin edərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə