Kişilər və qadınlar üçün uzunömürlülük sirri

Uzunömürlü olmaq istəyirsən? Bunun yolu tapılıb. Sən demə, kişilərə uzunömür üçün yuxu, qadınlara isə tərəvəz lazımdır. Avstraliyalı alimlər belə qənaətə gəliblər. Qəbul edilən qidaların tərkibi B6 vitamini ilə xüsusilə bol olmalıdır.
Bu vitamin tərəvəzlərdən əlavə ət, banan, qoz və sarımsaqda da boldur. Monaşa Universitetinin tədqiqatçıları yuxu və qidanın həyata təsirini müəyyən ediblər. Professor Mark Uolkvist əmindir ki, kişilər üçün yuxu qadınlardan daha vacibdir.
"Yuxusuzluq piylənməyə, diabetə, ürək-damar xəstəliklərinə, ürəyin işemik xəstəliklərinə və immunitetin ümumi zəifləməsinə səbəb ola bilər. Biz belə nəticəyə gəlmişik ki, hər iki cins yuxusuzluqdan əziyyət çəkir. Amma qadınlar yuxusuz qalsalar da, özlərinə kömək edə bilirlər. Bunun yolu isə çoxlu tərəvəz və B: vitamini olan qida yeməkdən keçir". Kişilərdə isə bu qabiliyyət yoxdur.
Alimlərin məsləhəti isə belədir - hamı həm sağlamlığını, həm də xarici görünüşünü daha da yaxşılaşdıra bilər. Bunun üçün isə düzgün qidalanmaq (daha çox meyvə-tərəvəz, dəmir və B6 vitamini ilə bol qidalar) və yatmaq lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə