Qarnı incəldən 10 sadə və asan hərəkət

Qarındakı yağlardan xilas olmaq və daha incə bir qarına sahib olmaq hər bir qadının xəyalıdır. Biz sizə buna nail olmaq üçün hansısa idman zallarına getmədən, evdə edə biləcəyiniz asan hərəkətləri göstərmişik.

1-Bədənin dizə doğru qaldırılması Düz bir yerdə dizlər bükülü formada uzanın. Ayaqlarınızı 90 dərəcəlik bucaqla yerdən qaldırın. Əllərinizi başınızın arxasına qoyun. Dizlərinizə doğru yarımçıq şəkildə qalxın. Qalxarkən nəfəs alın və verin. Bunu 10 dəfə təkrarlayın.

2-Bükülmə hərəkəti Əllərinizi başınızın arxasına qoyub yerə uzanın. Dizlərinizi qarnınıza doğru çəkib bükün. Sol bədəninizi qaldıraraq sağ çiyninizə doğru qalxın. Daha sonra isə əksinə sağ tərəfdən sol çiyninizə doğru qalxın. Bu hərəkəti də 10 dəfə təkrar edin.

3-Yana bükülmə hərəkəti Əlləriniz başınızın arxasında düz formada uzanın. Sonra sağ dizinizi qaldırıb sol tərəfinizə doğru çəkin. Sonra da sol dizinizi qaldırıb sağ tərəfinizə doğru çəkin.

4-Kürəyi üstə uzanıqlı vəziyyətdə ayaqların qaldırılması Yerə uzanıb əllərinizi iki yanınızda tutun. Sonra dizlərinizi yarımçıq formada qaldırın. Daha sonra isə bədəninizin alt hissəsini yuxarıya doğru qaldırın.

5-Şaquli ayaq hərəkəti Əllər başın arxasında ayaqlar dizdən bükülmüş vəziyyətdə yuxarıda olmalıdır. Bir dizinizi digərinin üstünə qoyun. Yavaşca nəfəs alaraq bədəninizin üst hissəsini qaldırın. Yenidən aşağı enin və nəfəsinizi verin. Bu hərəkəti 12-16 dəfə təkrarlayın.

6-Velosiped hərəkəti Əlləriniz başınızın arxasında uzanın. Ayaqlarınızı yerdən qaldırın və dizlərinizi bükün. Sol ayağınızı sabit saxlayaraq sağ dizinizi sinənizə doğru çəkin. Sonra da əksinə sağ ayağınızı saxlayaraq sol dizinizi sinənizə doğru çəkin.

7-Dirsəklərin üstündə durmaq Dizləriniz gərili vəziyyətdə dirsəklərinizin üzərində uzanın. Bədəninizi onurğanızla eyni cərgədə tutun və qabağa baxın. Dizlərinizi yerdən qaldırıb ayaq barmaqlarınızın köməyi ilə 30 saniyə dirsəklərinizin üzərində durun.

8-Ayaq üstə yan tərəfə əyilmə hərəkəti Dizlərinizi bükmədən, ayaqlarınız düz vəziyyətdə ayaq üstə durun. Sonra ayaqlarınızı bir az açın, sağ əliniz belinizdə, sol əlinizi isə başınızın yuxarısına qaldıraraq sağ tərəfə doğru əyilin. 15 saniyə bu vəziyyətdə qalın. Daha sonra bu hərəkəti sol tərəfə doğru əyilərək edin.

9-Yerimək və ya qaçmaq Mədədəki və qarındakı yağları əritmək üçün yerimək və ya qaçmaq çox təsirli və asan üsullardandır. Hər həftə ən az 4-5 gün 30-45 dəqiqə ərzində templi yerimək və ya qaçmaq metabolizmlə yanaşı ürəyin də sürətini artıraraq daha çox kalori itirmənizə səbəb olur.

10-Üzmək Üzmək çəki itirmək və yağları əritmək üçün ən yaxşı üsullardandır. Həftədə 1-2 dəfə üzməyə çalışın. Bu hərəkətləri davamlı olaraq düzgün şəkildə etsəniz, bir müddət sonra bədəninizdə dəyişikliklərin olduğunu görəcəksiniz. Beləliklə, bu idman hərəkətlərini etməklə həm daha sağlam olacaq, həm də qarnınızdakı artıq yağlardan azad olaraq daha incə və düz bir qarına sahib olacaqsınız.

Bütün xəbərlər Facebook səhifəmizdə