Azərbaycan Tibb Universitetində unikal Anatomiya Muzeyi yaradılıb.

Muzeyin açılışı prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi münasibətilə ATU-nun İnsan anatomiyası kafedrası tərəfindən təşkil olunub.

Bu kafedranın yaranma tarixi məhz Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski ilk belə muzeyin hələ Hippokratın zamanında yaradıldığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə