Bu gün köhnə təqvimlə yeni il girir. SİA-nın xəbərinə görə, yanvarın 13-də Yeni ilin qeyd olunması Rusiyada xristianlığın qəbulundan sonra baş verib. Bu tarixi pravoslav kilsəsi İsa peyğəmbərin doğum günü ilə əlaqədar tərtib etdiyi təqvim əsasında müəyyənləşdirib.

XVIII əsrdə Rusiya imperatoru Birinci Pyotr provaslav kilsəsinin tərtib etdiyi təqvimi ləğv edərək yeni ilin bütün dünyada olduğu kimi ölkəsində də yanvarın 1-dən başlamasına göstəriş verib.

Katoliklər isə yeni ili e.ə 45-ci ildə roma imperatoru Yuli Sezarın tərtib etdiyi təqvim əsasında indiyə qədər yanvarın 1-i qeyd edir.

Köhnə Yeni ilin bayram rəmzlərinə gəldikdə isə bunun təzə yeni ildən heç bir fərqi yoxdur. Yalnız keçmişdə qeyd olunan köhnə Yeni ildə insanlar qurbanlar verirmiş. Tarixi mənbələrə görə, Yeni il qarşılayanlar Saturun adlı qocaya yetgin qızları qurban verirmiş. Onlar qızları şam ağacına bağlayaraq donaraq ölmələrinə səbəb olurlarmış. Sonralar insanlar qızların əvəzinə heyvan qurbanları veriblər.

Şaxta babanın insanlara hədiyyə verməsi ənənəsinin yayılması isə eramızın VII əsrinə təsadüf edir. Bu bizanslı din xadimi Miklus tərəfindən yayılıb. Tarixdə baş verən dəyişikliyə baxmayaraq köhnə yeni il hazırda da keçirilir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Rusiya ilə yanaşı köhnə yeni il Ukrayna, Belarus, Serbiyada, Çernoqoriya və İsveçrədə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə