İmmun sistemimizi müəyyənləşdirəcək yeni texnologiya

Bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün “Microsoft” ilə səylərini birləşdirib. “Hi-news.ru” saytı xəbər verir ki, hər iki şirkətin mütəxəssisləri insanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək texnologiyaların konsepsiyasını hazırlayırlar. Onlar insanın immun sisteminin ətraflı “xəritəsini” təşkil etməyi planlaşdırıblar. “Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə