160 milyon dollara lüks həbsxana istifadəyə verilib

Danimarkada lüks həbsxana inşa olunub.

Həbsxananın kameraları xüsusi dizayn edilib. Cəzaçəkmə müəssisəsində məhbuslar üçün mağaza, idman zalı, ziyarətçilər üçün otaqlar inşa edilib.

Həbsxana 160 milyon dollara başa gəlib.

Kameralara yumşaq çarpayılar, soyuducu və televizor yerləşdirilib. Həbsxanada yaradılan şərait danimarkalıları qəzəbləndirib və tənqidlərə səbəb olub. Onların fikrincə, həbsxana istirahət məkanı deyil.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə