Az yatmaq içki aludəçiliyi yaradır?

ABŞ-ın Yel Universitetinin alimləri yuxusuzluğun yaratdığı əsas təhlükəni araşdırıblar. “Vistanews.ru” saytında dərc edilən yazıda deyilir ki, tədqiqatda əvvəllər içki aludəçiliyi olan 42 könüllü iştirak edib.

Onlar hər gün sutka ərzində istifadə etdikləri alkoqolun miqdarını qeyd ediblər. Bununla yanaşı iştirakçıların bədənlərinə xüsusi qurğu quraşdırılıb ki, bu da onların yuxularının davamlılığını və keyfiyyətini qeydə alıb. Alınan nəticələrin təhlilindən yuxusuzluğun alkoqol istifadəsi ilə sıx əlaqəsi müəyyən edilib. Bəlli olub ki, insan nə qədər az yatırsa, bir o qədər alkoqoldan çox istifadə edir. Bundan əlavə bu pasiyentlərin gündəlik rejimi pozulub. Alkoqoldan istifadə edənlərin hamısı digərlərinə nisbətən daha gec yatıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə