Tünd şokolad yaşlı insanlarda enerjini artırır...

Yaşlı insanlar ayaqlarında qan dövranının pozulmaları səbəbindən sərbəst hərəkət edə bilmirlər. Yalnız tünd şokolad bu problemə müsbət təsir göstərir. Təcrübə göstərir ki, periferik arteriyası xəstə olan insanlar tünd şokolad yedikdə yerişin müddəti və distansiyasını artıra bilirlər. Effekt bir neçə saatdan sonra özünü göstərmişdir. Bu təsir yalnız tünd şokolada aiddir, südlü şokolad bu təsirə malik deyil.

Sapiensiya Universitetindən çalışan Lorrenso Loffredonun dediyinə görə, tünd şokladın tərkibinə müxtəlif qidalı maddələr,həmçinin polifenollar daxildir. Ateroskleroza əsasən isə düzgün qidalanma damarların vəziyyətini yaxşılaşdıra bilir. Polifenollar isə öz növbəsində qan axınını yaxşılaşdırır.

Ümumi diskomfort, spazm və ayaqlarda olan ağrılardan əlavə, damar xəstəlikləri ürək pristupu və insultun təhlükəsini artırır. Şokoladın effektini 14 könüllü yaşlı üzərində onların yürüş zolağı trenajorunda maximal müddətdə yerimələri ilə yoxlayıblar. Birinci təcrübədən sonra könüllülərə şokolad paylayıblar və 2 saatdan sonra təcrübə yenidən baş tutub.

Nəticədə şokolad yeyən iştrakçılar öz göstəricilərini 17 saniyə və 1 metr artırıblar. Həmçinin onların qan tərkibində qaz konsentrasiyası yüksək olub, o isə qan axınını yaxşılaşdırır. Yalnız unutmayın ki, şokolad kalorili məhsul olduğuna görə , piylənməyə gətirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə