Dondurulmuş meyvələr nə üçün daha xeyirlidir?

Bir çox insanlar düşünür ki, təbii meyvələr dondurulmuş meyvələrdən daha xeyirlidir.

Yalnız son araşdırmalar göstərir ki, qısa zaman ərzində dondurulmuş meyvələr tərkibində olan xeyirli xüsusiyyətlərini, günlərlə mağaza rəfləri ndə qalan meyvələrdən daha çox qoruyub saxlayırlar. Bəlli olub ki, dondurulmuş meyvələrin70% - nin tərkibində vitamin və antioksidantlar təbii meyvələrdən daha çoxdur.

Bu faktın təsdiqlənməsi üçün ingilis alimləri bir çox araşdırmalar aparmışlar. Nəticədə bu teoriya dəqiq olaraq təsdiqlənmişdir. Bu ona əsaslanır ki, C vitamini, polifenol, lyutein, mikroelementlər və digər xeyirli maddələr dərhal dondurulduqda öz xeyirli xüsusiyyətlərini daha uzunmüddətli saxlaya bilirlər. Bununla bərabər bu uzun zaman ərzində bu xeyirli xüsusiyyətlər aktivliyini itmir.

Təbii ki, biz alıcılara, təbii meyvələrdə daha çox vitamin olduğu söylənilir. Lakin, marketoloqlar bir məqamı unudurlar ki, bu meyvələrin xarici görünüşünün gözəl qalması üçün onlara vurulan xüsusi maddələrdən istifadə olunur. Adətən proses belə baş verir: məhsulun yığımı, emalı, uzunmüddətli daşınma, mağazada saxlanma. Bu müddətdə məhsulun tam saf qalması mümükün olmadığından, xeyirli maddələrin bir çox qismi aktivliyini itirir və yalniz forma və dad xüsusuiyyətləri qorunur. Dondurulmuş meyvələr isə, alimlərin dediyinə görə yığımdan və ilk emaldan dərhal sonra dondurulduqlarına görə, vitamin və mineralların çox qismini saxlaya bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə