“Ana” və “yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar. Lakin unutmaq lazım deyil ki, “yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.

Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə-bolqar bibəri, limon, laym, portağal, mandarin, qreypfrut, kivi, və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir.

Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir.

Cərəzlər enerjivericilik qabiliyyəti ilə yanaşı analara hazırlanmasına vaxt və əziyyət tələb etməyən digər bir vasitədirlər. Lif, vitamin E və turş yağlarla zəngin olan qoz, fındıq, badam, fıstıq, günəbaxan tumu, kətan toxumu, küncüt, qara zirə toxumu anaların rasionundan əksik olmamalıdır.

Ağartılar kalsiumla zəngin olduqlarından anaların rasionu üçün əvəzedilməzdir. Analara qatıq, kücüt toxumları və parmezan pendirinin qəbulu məxsusi şəkildə tövsiyyə olunur.

Susuzlaşma insana yorğunluq gətirir. Kİfayət miqdarda su qəbul etmək həyati vacibdir xüsusən analar üçün. Suyun qəbulu bədənə bərpa olunmağa və oksigenlə zənginləşməyə yardım edir. Bu isə öz növbəsində yorğunluğun qarşısını alır.

“The Journal of Psychopharmacology” dərgisinin apardığı son araşdırmaya görə gündəlik az miqdarda tünd şokoladın qəbulu anaların sağlamlıq və əhvalı üçün önəmlidir.

loading...