Oğru girdiyi evdə çipsi yeyib yatdı

Oğru qarət etmək istədiyi evə girərək yemək yemək yedikdən sonra yatıb. SİA-nın xəbərinə görə, maraqlı hadisə Şotlandiyada qeydə alınıb. Belə ki, yorğun və ac olan oğru girdiyi evdə piroq və çipsi yediyi zaman yuxuya dalıb.

Oyandıqda isə özünü qandalla görüb. Ev sahibi oğrunu yatmış vəzityyətdə görərək dərhal polisə zəng edib.

"Hər birimiz gecə növbəsinə gedərkən yuxulu oluruq. Görünür oğrular da bizdən fərqlənmir" - deyə, Şotlandiya polisi Monklanda öz "Twitter" hesabında qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə